Ermənistan silaha əbəs yerə vəsait ayırır.
Mifologiyada yaşayan bir dövlətin vətəndaşları
bədbəxtçiliyə məhkumdur. Çünki uydurma bir tarix, uydurma bir ideologiya ilə
yaşayırlar. Bu Ermənistan dövlətinin yürütdüyü sərsəm bir siyasətdir. Xalqını
uçuruma aparır Ermənistan bununla.
Güclü ordu güclü iqtisadiyyata arxalanmalıdır. Əgər bir dövlətin gəliri
öz xalqının rifahına belə çatacaq şəkildə
deyilsə, hansı güclü ordudan söhbət gedə bilər?! Ermənistanda vəziyyət məhz belədir.
Xalqın vəziyyətini düşünməyən sərsəm bir dövlət öz cüzi gəlirini hərbiyə xərcləyir.
Bununla da o dövlət elə ilk zərbəni öz vətəndaşına vurmuş olur. Xalqın çörəyini
kəsib ordusuna xərcləyir. Narazı xalq, müflisləşmiş ordunun əsası ola bilməz. Çörəyi
kəsilmiş xalqın əlinə silah verib uydurma bir ideologiya arxasınca göndərmək
absurd bir siyasətdir. Bunu ancaq Ermənistan
kimi rəzil bir dövlət edə bilər.
Ermənistan Azərbaycan deyil ki, güclü iqtisadiyyata və ağıllı rəhbərə
malik ola. Ermənistan dövlət olaraq malik olduğunu yönəldə bilmədiyindən çökməyə,
müflis olmağa vadar edildi və bunu öz əlləri ilə öz xalqlarına öz rəhbərləri
etdi. Ermənistan ordusu xarici havadarlarından nə qədər dəstək alsalar da onlar
Azərbaycan Ordusu ilə qarşılaşacaq durumda deyillər. Bunu regionda da, beynəlxalq aləmdə də hamı bilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev yerli televiziya kanallarının
jurnalistlərinə verdiyi müsahibə zamanı qeyd etdi ki: “ Bu gün Ermənistan
ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə
olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda
həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi
quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm
ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada,
Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv
edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.
Prezidentimizin bu fikri düşmən tərəfə bir mesajdır. Düşmən tərəfin bizə
təhdidi istənilən zaman, istənilən şəkildə qarşısı alınacaq, cavabı veriləcək.
Təhdid haradan gəlir gəlsin, hətta Ermənistanın içindən gələrsə belə elə yerindəcə
cavabı veriləcək. Prezidentin dediyi kimi məhv ediləcək. Azərbaycan ordusu buna
qadirdir, bu gücə sahibdir. Çünki güclü orduya malikdir. Güclü ordu isə güclü
iqtisadiyyatın göstəricisidir. Azərbaycanda bu siyasət qonşu düşmən dövlətin
mifologiyasına bənzəmir. Həqiqi bir gücdən söhbət gedir, yenidən yaradılmış,
qüvvətləndirilmiş, təşkilatlandırılmış bir ordudan, gücləndirilmiş bir iqtisadiyyatdan.
Azərbaycan ordusunu gücləndirməklə bərabər dövlət rəhbərliyi xalqın
sosial vəziyyətinin gücləndirilməsini də unutmur. Xalqın rifahının yüksəldilməsi
istiqamətində geniş planda işlər görülür. Bütün bunlar ordunun möhkəmləndirilməsi
ilə birgə aparır. Bunlarla yanaşı həm də Qarabağda geniş şəkildə bərpa işləri də
aparılır. Eyni anda hərtəfli siyasət yürüdülür və bütün hallarda Azərbaycan
xalqı, onun maraqları nəzərə alınır. Çünki bu əsl xalq dövlətidir, xalqın dövlətidir.
Məhz belə bir siyasətdən dövlət -ordu-xalq birliyi yaranıb möhkəmlənə bilir. Güclü
xalqdan güclü ordu yaranır. Əlbəttə ki, belə bir güclü xalqın güclü ordusunun
qarşısında Ermənistan kimi dövlət dayana bilməz. Aydın məsələdir ki, Ermənistan
silaha əbəs yerə vəsait xərcləyir. Ermənistan ordusuna nə qədər silahlar,
texnikalar olsa belə, müttəfiqlərindən silah dilənsələr belə bu ordu Azərbaycan
Ordusunun qarşısında dayana bilməz. Çünki Azərbaycan ordusu Ali Baş Komandan
İlham Əliyev kimi güclü bir sərkərdənin əlindədir. Düşmənin cavabını hər zaman
verə biləcək Komandan.
Düşməni məhv edəcək güclü ordunun və güclü rəhbərimizin olması Azərbaycan
xalqının üstünlüyü və yüksəkliyidir. Bu üstünlüyümüz və yüksəkliyimiz əbədi
olsun.
Şərəbanu Ağalarova,
YAP Neftçala rayon təşkilatının fəal
üzvü
Digər xəbərlər