Biz Ermənistanla məsələni həll etmişik.
"Biz Ermənistanla məsələni həll etmişik. Əminəm
ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən
sonra yeni təhdidlərlə üzləşmişik". Bu fikirləri Prezident İlham Əliyev
yerli televiziya kanallarına müsahibəsində söyləyib. Dövlət başçısı qeyd edib
ki, bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də
ki, özündə əminlik olmalıdır. “Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik.
Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq
vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik.
Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən
dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”.
Cənab prezidentin fikirlərindən çıxış edərək qeyd etmək yerinə düşər ki, bəli
Ermənistanla məsələni artıq həll etmişik. Sülh təklifləri verilib, sərhədlərin
delimitasiyası keçirilməli və sülhə imza atılmalıdır. Çünki Ermənistanın başqa
yolu yoxdur, nə də sülhün alternativi Ermənistan üçün heç də xoşagələn nəticələrə
gətirib çıxarmayacaqdır. Bəzi xarici dövlətlər vardır ki, bunlara Ermənistanın
havadarları da demək olar, bəlkədə havadardan
daha çox Ermənistanın “fətva” verənləri ifadəsi daha çox yaraşır onlara.
Onlar da başa düşməlidirlər ki, müharibə artıq bitib, indi biz postmüharibə
dövründə yaşayırıq və pz məkrli niyyətlərini işə salıb həvəslənməsinlər. Əks
halda onlar Ermənistanın sonunu gətirəcəklər.
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər