Xalqın Sovet İKP-yə mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sovet İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər.
1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası
Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə
Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun
hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır
texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə
yetirilib.20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda
xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə
həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə
böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır
olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə
vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda
8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744
nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80
avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv
edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə
5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.20 Yanvar hadisələri
nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial
dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına
səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması
naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.Azərbaycan
xalqını Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə
çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq
onun sıralarını tərk etmişlər. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri
Elmira Qafarova, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci
katibi Müslüm Məmmədov sovet imperiyasının qoşun hissələrinin Bakı şəhərinə
yeridilməsi ilə əlaqədar heç bir konkret tədbir görmədiklərinə və vətəndaşların
təhlükəsizliyini təmin etmədiklərinə görə yüksək vəzifəli şəxslər kimi öz üzərlərinə
düşən məsuliyyətin öhdəsindən gəlməmişlər.Təhlükələrdən çəkinməyərək Sovet
hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan
xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi.Ulu
öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin
tənqid edərək, rəsmi açıqlamanı tələb etdi: “Azərbaycana kənardan böyük ordu
kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə
yaxşı bəllidir. Azərbaycanda kifayət qədər – 4-cü ordu, Xəzər Hərbi Dəniz
Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları,
DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım
idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə
etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı
qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.1990-cı il
yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında
qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər
Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham
etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa,
demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı
üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.Ümummilli liderHeydər
Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin
sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham
Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan
şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.20
Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin
artırılması və “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası
Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2023-cü il
tarixli Fərmanına əsasən bu təqaüd 600 manat məbləğində müəyyən edilib. Onların
uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının
Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov
küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə
kompleksi ucaldılmışdır.
Şahin Abdiyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər