Son illər həyata keçirilmiş işlər onu deməyə əsas verir ki, Ölkəmiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük zirvələri fəth edəcəkdir!
16
yanvar 2022-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhəri
Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi münasibətilə dünyanın dörd bir
yanından öz qonaqlarını qəbul etdi. Bilirik ki, Birləşmiş Ərəb Əmirlikləri bu
gün dünyanın ən sabit, inkişaf etmiş və uğurlu ölkələrindən biri hesab edilir.
Həm Əmirlik, həm də Azərbaycan bir-birlərini dost, qardaş ölkə olaraq görürlər.
Əlbəttə ki, hər iki Ölkənin Liderlərinin düzgün siyasətləri, qarşılıqlı şəxsi
münasibətləri əlaqələrimizin bu səviyyəyə çatmasını şərtləndirib. Əbu-Dabi şəhəri Dayanıqlılıq Həftəsində Ölkəmiz
ən yüksək səviyyədə-Prezident səviyyəsində təmsil olunurdu. Məhz cənab
Prezidentin Əmirlikdə ən yüksək səviyyədə qarşılanması qeyd etdiklərimizə bariz
nümunədir. Möhtərəm Prezident İlham Əliyev mərasimdəki çıxışında hər iki ölkə arasındakı
münasibətləri ən mükəmməl səviyyədə təsvir etdi: “Biz – Sizin Azərbaycandakı
qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik” deməklə Ölkə
başçımız qarşı tərəfə olan rəğbətimizi nümayiş etdirdi. Cənab İlham Əliyev Ölkəmizin enerji potensialından,
gələcək məqsəd və prespektivlərdən bəhs edərək beynəlxalq platforma
iştirakçılarında aydın təsəvvür formalaşdırdı. Bu gün Azərbaycan istehsal
etdiyi enerjini yalnız öz ehtiyaclarına sərf etmir, biz artıq enerji ixrac edən
ölkəyik. Azərbaycan artıq bir neçə ildir ki, nəinki öz enerji tələbatlarını təmin
edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qaz, neftkimya məhsullarını
və elektrik enerjisini ixrac edir. Bu istiqamətdə günümüzün ən aktual məsələ və
məqsədlərindən biri bərpaolunan enerji ilə bağlı proqramdır. Artıq tədiq olunub
ki, Ölkəmizin bərpaolunan enerji potensialı çox şaxəli və böyükdür. Xüsusi
olaraq qeyd etməliyik ki, artıq iki ildir ki, düşmən tapdağından azad edilmiş
torpaqlarımızda böyük bərpaolunan enerji potensialı vardır. Bu gün həmin ərazilərdə
həyata keçirilən meqa layihələrin kökündə bu ərazilərin “yaşıl enerji” zonasına
çevrilməsi planları vardır. Bu istiqamətdə artıq əhəmiyyətli işlər görülüb və
görülməkdədir. Ölkəmiz müasir sistenlərin qurulmasında dünyanın bu sahədə ən
öndə gedən şirkətləri, təcrübəli ölkələri ilə iş birliyi qurur. Məhz Əmirliyin
dünyaca məşhur “Masdar” şirkəti ilə
artıq rəsmi razılaşmalar əldə edilib. İnanırıq ki, “Masdar” ilə həyata keçirilən
əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.
Həyata keçirilən layihələr nəticəsində əldə ediləcək enerjinin Avropa bazarına
çıxarılması üçün Ölkəmizə yeni ixrac marşrutları lazımdır. Bu mənada ötən ay
dekabrın 17- də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara
dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə
dair” imzalanmış Saziş ümumi məqsəd və planların tərkib hissəsidir. Bir sözlə
Azərbaycanın bu gün gələcək üçün planları çox böyükdür. Son illər həyata
keçirilmiş işlər onu deməyə əsas verir ki, Ölkəmiz Müzəffər Ali Baş
Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük zirvələri fəth edəcəkdir.
Yasəmən Mənəfova;
Neftçala rayon sakini, Şəhid anası
Digər xəbərlər