Azərbaycan Avropaya qaz ixracını artırmaq gücündədir
Hazırda
Avropa İttifaqı (Aİ) üçün bir nömrəli hədəf əvəllər Rusiyadan idxal edilən 155
milyard kubmetr qazın yerini başqa mənbələrlə doldurmaqdır. Məlum olduğu kimi,
son illər Avropa ölkələri əsas qaz tədarükçüsü kimi Azərbaycana daha çox ümid bəsləyir.
Azərbaycan isə öz tədarükünü ikiqat artırsa, Avropanın qaz idxalının 16-20
faizini təmin edə bilər. Bu məsələlərin
Davos iqtisadi forumunda əsas mövzulardan olacağı əvvəlcədən bəlli idi.
“Təbii
qazla bağlı Avropa Komissiyasından müraciət daxil olan kimi biz dərhal müxtəlif
istiqamətlər üzrə işləməyə başladıq. Birincisi, hasilatın fiziki artımını,
sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza
harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsini nəzərdə
tuturam. 2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən
çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir.
Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan
arasında imzalanmış anlaşma memorandumunda bizim 2027-ci ilə qədər təchizatı
iki dəfə artıracağımız nəzərdə tutulur. Beləliklə, Avropa İttifaqına təchizat
minimum 20 milyard kubmetr səviyyəsində olacaq.”- bu fikirləri Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi
Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala”
mövzusunda panel iclasında iştirak edərkən aparıcının Avropaya enerjinin təchizatının
vəziyyəti barədə sualına cavab verərkən bildirib. Cənab prezident qeyd edib ki,
ixracı artırmaq və qoyulan hədəflərə çatmaq
üçün Avropada daha çox
interkonnektorlar olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan
interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, Azərbaycana Bolqarıstana və bu ildən etibarən Rumıniyaya
təbii qazı təchiz etməyə başlamaq imkanını verib. Eyni zamanda, Azərbaycan
Limakın da töhfə verdiyi yeni layihəni - TANAP-ı 16 milyard kubmetrdən 32
milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər
genişləndirməliyik. Bunun üçün əlavə
maliyyələşmə tələb olunacaq və Azərbaycan tərəfi buna hazırdır. Biz Avropa istehlakçılarının artan tələbatını
ödəmək üçün həqiqətən gərgin çalışırıq. Beləliklə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təminatında fəal aktora çevrilməsi
Davos iqtisadi forumunda da bir daha qeyd olundu.
Rəhim İmanov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər