Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun çox
fəal olduğunu və müzakirə olunan məsələlərin hər iki ölkənin maraqlarına cavab
verdiyini qeyd etmişdir.
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji
tərəfdaşlıq əsasında inkişaf etdirdiklərini bildirən ölkə rəhbəri, strateji
tərəfdaşlığa dair iki sənəd imzalandığını, siyasi əlaqələrimizin çox yüksək
səviyyədə olduğunu və qarşılıqlı səfərlərin bunu bir daha göstərdiyini
vurğulamışdır.Energetika sahəsində
əməkdaşlığın aktuallığı durmadan artığını bildirən cənab Prezident,
energetikanın təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin
mərkəzində olan məsələ olduğunu diqqətə çatdırmışdır.
Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaş olduğunu
vurğulayan dövlət başçısı, iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son
seqmenti olan TAP layihəsi uğurla icra edildiyini, keçən il Bakıda Avropa
İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq
Memorandumu artımın göstəricisi olduğunu bildirmişdir. Dövlətimizin başçısı,
Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı olduğunu, yaşıl
enerji istiqaməti sahəsində çox önəmli addım atıldığını, bunun çox strateji,
böyük sərmayə tələb edən, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihə
olduğunu vurğulamışdır. “Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat
sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın
dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var” fikirlərini diqqətə çatdırmışdır.
Ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələrinin
birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək.
Azərbaycanla
Avropa İttifaqı arasında münasibətlər uğurla inkişaf edir. Ölkəmizin Avropa
İttifaqının etibarlı tərəfdaşına çevrildiyi qurumun yüksək səviyyəli rəsmiləri
də vurğulayırlar.Azərbaycan Avropanın ehtiyacını qarşılamağa geniş imkanları
olan ölkədir. Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq
xüsusi yer tutur. Ümumilikdə Azərbaycan-Avropa
İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın
daha da dərinləşdirilməsi Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir.
Pərviz Cavadov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər