Ermənistan vəziyyəti dondurmaq, torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi.
“Fevralın 18-də
Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi
Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilmiş plenar iclas Avropa
ictimaiyyətinə regionumuzda formalaşmış yeni reallıqlar və tarixi həqiqətlər
barədə obyektiv məlumatların çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdi.
Bu mövzuda öz fikirlərini bildirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan
xalqının müharibənin nə olduğunu, onun insanlara hansı dəhşətləri yaşatdığını
öz acı təcrübəsindən yaxşı bildiyini vurğulayaraq, Avrasiyada sülhün bərqərar
olunmasını birmənalı dəstəklədiyimizi qeyd etdi. Plenar iclasın bir özəlliyi də
Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin ilk dəfə bir araya gələrək
görüşmələrində idi.”
“ Prezident İlham Əliyev
qeyd etmişdir ki, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması
ciddi tarixi fikir ayrılığına malik olan bir çox digər ölkələrin də bir araya gəlməsi
və düşmənçilik səhifəsinin bağlanması üçün yaxşı nümunə ola bilər. Lakin Ermənistanın
baş naziri Nikol Paşinyanın Azərbaycanda inzibati ərazi vahidi kimi mövcud
olmayan “Dağlıq Qarabağ” ifadəsini davamlı olaraq işlətməsi, Qarabağda yaşayan
ermənilərin blokadaya alınmaları və hansısa humanitar böhranla üz-üzə gəlmələri
barədə cəfəng iddiaları bu ölkənin hələ də sülh və mehriban qonşuluq şəraitində
yaşamağa hazır olmadığını göstərdi. Beynəlxalq ictimaiyyətin diqqətini Laçın dəhlizi
ətrafında cərəyan edən hadisələrə cəlb etməyin vacibliyindən ağız dolusu
danışan Paşinyanın, nədənsə, ermənilərin 28 illik işğal dövründə Azərbaycan ərazilərində
törətdikləri vəhşiliklərdən, xalqımıza tutulan divanlardan, bu gün Azərbaycana
mina xəritələrinin təqdim edilməməsindən bir kəlmə də danışmadı.”
Prezidentimiz
Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati ərazi vahidnin olmadığını və
Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmanın zəruriliyini
bir daha hər kəsin diqqətinə çatdırmaqla öz haqlı və prinsipial mövqeyini
növbəti dəfə ortaya qoymuş oldu. Dövlətimizin başçısı regionda vəziyyətə iki
istiqamətli yanaşmanın zəruri olduğunu qeyd etdi. Bunlardan biri Azərbaycanla
Ermənistan arasında sülh danışıqları, digəri isə Azərbaycanın Qarabağdakı
erməni əhalisi ilə əlaqələri istiqamətidir. Beləliklə, Qarabağda yaşayan
ermənilərlə bağlı istənilən məsələnin Azərbaycanın sırf daxili işi olduğu bir
daha vurğulanmış oldu. Cənab Prezident konkret faktlar və rəqəmlərlə Qarabağda
yaşayan ermənilərin blokadada olmaları barədə cəfəng iddiaların, ümumiyyətlə,
heç bir əsası olmadığını növbəti dəfə sübut etdi. Dövlətimizin başçısı
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması
üçün mövcud platformalara dair verdiyi açıqlamalar da xüsusi maraq doğurmaya
bilməzdi. ABŞ dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş
zamanı Brüssel prosesinin və üçtərəfli formatın müzakirə edildiyini bildirən
Prezident İlham Əliyev bu formatın üçtərəfli yəni, Aİ, Azərbaycan və Ermənistan
arasında olduğu barədə ümumi bir anlaşma olduğunu diqqət mərkəzinə çəkdi.
Dövlətimizin başçısı Fransanın birtərəfli ermənipərəst mövqe tutduğundan bu
ölkənin yeni yaradılmış platformada artıq iştirak etmədiyini bəyan etməsi
Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoydu.”
Sədaqət
Gözəlova,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatının sədr müavini
Digər xəbərlər