" Xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində, şübhəsiz ki, xalqımızın hamısının - hərənin öz yeri, hərənin öz payı, hərənin öz xidməti var."

2023-03-10 Baxış: 338
img
Ulu öndər Heydər Əliyevin  dövlət və xalq qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin gələcək  tərəqqisinin əsası oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı.  Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Dahi lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.
Müstəqil və güclü dövlət idealı xalq və dövlət birlik olduqda reallığa çevrilir. Azərbaycan xalqı ilk gündən Heydər Əliyev siyasətinə öz sadiqliyini nümayiş etdirmişdi. Onun xalqımızın xilaskarı olduğuna inanmışdı. Tarixi zamanda bunu sübuta yetirdi. Heydər Əliyev xalqını çox ağır keşməkeşli dövrün caynaqlarından qopararaq bugünkü müstəqil, güclü Azərbaycana yetirdi. Müstəqilliyin qorunmasında xalqın rolunun xüsusilə qeyd edən Ulu Öndər “Xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində, şübhəsiz ki, xalqımızın hamısının – hərənin öz yeri, hərənin öz payı, hərənin öz xidməti var” – fikirlərini səsləndirmişdi. İşğal altında olan torpaqlarımızın azad edilməsi üçün güclü ordunun yaradılması, bu səbəbdən də ordu siyasətinə xüsusi önəm verən Heydər Əliyev torpaqlarımızın işğaldan azad ediləcəyinə daim inanmış və bunun uğrunda mübarizə aparmışdı. “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” Nəhayət 2020-ci ildə Heydər Əliyevin əsasını qoyduğu İlham Əliyevin uğurla davam etdirdiyi siyasət öz bəhrəsini verdi. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Düşmənlərimizi həm döyüş meydanın da, həm də siyasi arenada məğlub etdik. Bugün güclü Azərbaycan ordusu Ulu Öndərin uzaqgörənsiyasətinin canlı nümunəsidir. Xalqı birlik və bərabərlik idealı ətrafında birləşdirmək gücü ancaq dahi şəxsiyyətlərə bəxş edilər. Ulu Öndər bunu çox mürəkkəb siyasi proseslərdən keçərək qoruyub saxladı. Və bugünkü gəncliyə hədiyyə etdi.

Anara Mustafayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü