Perspektiv əməkdaşlıq istiqaməti
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn
Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu sahəsindəki islahatlarının
vacib bir istiqamətini də müstəqil dövlətin qarşıya qoyduğu vəzifələri həyata
keçirə biləcək kadrların hazırlanması təşkil edirdi.Əsası qoyulmuş bu siyasət
bu gün də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət
strukturlarında dövrün tələbləri səviyyəsində idarəetmə bacarığına sahib olan,
yeni təfəkkürlü, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə malik kadrlar hazırlanaraq
irəli çəkilir. Ölkə başçısı cənab Prezident İlham Əliyevin 10.03.2020-ci il
tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında
çıxışında qeyd etdiyi kimi Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi
ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini
daha təkmil şəkildə təşkil etməkdir və Deputatlar seçildikləri dairələrdə fəal
olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli
Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti
də budur. Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun
prioriteti ölkəmizin dünya dövlətləri arasında layiqli yerini tutması, iqtisadi
yüksəlişə nail olmaq və insanlar üçün yüksək həyat standartları təmin etməkdir.
Bu hədəfə çatmaq üçün isə köklü islahatlar həyata keçirilir. Reformalar ölkədə
yeni siyasi və idarəçilik sisteminin formalaşdırılması ilə yanaşı, düzgün kadr
islahatlarının da reallaşdırılmasını təmin edir.
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin
ilk iclasında çıxış edərək qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdıran
Prezident İlham Əliyev hədəfləri də müəyyənləşdirdi
Altıncı çağırış Milli Məclisin 10 mart 2020-ci
ildə keçirilən ilk iclasında növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəblərindən
bəhs edən Prezident İlham Əliyev yeni tərkibdə formalaşan parlamentin fəaliyyətini,
islahatlar siyasətinin yeni tələblər baxımından davamını
başlıca şərt kimi qarşıya qoymuş, siyasi sistemin təkmilləşdirilməsi işində
deputatların mühüm rolunu qeyd etdi. Vurğulandı ki, ölkədə aparılan konseptual
və struktur xarakteri daşıyan islahatlar Milli Məclisin qanunvericilik prinsipləri
əsasında həyata keçirilməli, iqtisadi islahatların dərinləşməsinə töhfə verməli,
qəbul olunan sənədlər milli dəyərlərimizlə və onların qorunması ilə bağlı
qanunvericilik bazası əsasında daha da təkmilləşməlidir. Əhalisinin mütləq əksəriyyətinin
gənclərdən ibarət olduğu ölkəmizdə yeni nəslin milli, vətənpərvərlik ruhunda tərbiyəsinə
diqqət artırılmalıdır. Dövlət başçımızın xüsusi diqqət yetirdiyi əsas məsələ
ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən nüfuzunun daha da artırılması oldu.
Vurğulandı ki, bəzi təşkilatların Azərbaycana qarşı əsassız ittihamlarına , ölkəmizin
daxili və xarici siyasətinə müdaxilələrə qaşı barışmaz mövqe xalqın etimad göstərdiyi
millət vəkillərinin başlıca vəzifələri olmalıdır. Özlərini demokratiyanın
beşiyi hesab etsələr də dünyanın gözü qarşısında dinc aksiya iştirakçılarına
qarşı zorakılıq hallarının artdığı, miqrantlara qeyri-insani münasibətlərin
göstərildiyi Avropanın ikili standartlardan qaynaqlanan ədalətsizliyinə qarşı
barışmaz mövqe göstərilməlidir. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməli,
ölkəmiz bəşəri prinsiplər əsasında tərəqqi etməli, dini radikalizmə qarşı
mübarizə gücləndirilməli, uğurlu xarici siyasətimiz ölkəmizin və xalqımızın
maraqları, mənafeləri naminə inkişaf etdirilməlidir.
Azərbaycanın ərazi bütövlüyünün toxnulmazlığı ilə
bağlı BMT-nin qəbul etdiyi qətnamələrdə işğal faktı da, erməni silahlı birləşmələrinin
zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal çıxarılması tələbləri də,
qaçqınların öz əzəli torpaqlarına qayıtması da, bir sözlə, ədalətin bərpa
olunması üçün nəzərdə tutulan bütün bəndlərin həlli üçün siyasi qətiyyət göstərən,
diplomatiyada özünü təsdiqləmiş Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu
sənədləri tarixin arxivinə göndərmək istəyən erməni təəssübkarlarının bütün cəhdləri
iflasa uğradı.
Dünyada yaranan ərazi münaqişələrinin əsasında
ikili standartların başlıca amil olduğunu bildirən Prezident İlham Əliyev dünya
siyasətçiləri tərəfindən müasir dünya və Avropa tarixində ilk dəfə olaraq əməkdaşlıq
və kollektiv təhlükəsizliyin yeni prinsiplərinin müəllifi kimi qəbul olunur.
Türkiyə ilə münasibətlərini gücləndirərək bölgədə 3+3 formatının reallaşması
üçün qətiyyət göstərən Azərbaycanın bu yolda əsas müttəfiqi qardaş ölkədir.
İşğaldan azad edilən Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb
Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən Müttəfiqlik Bəyannaməsinin
imzalanması bütünlükdə türk dünyasının möhkəmlənməsinə stimul verən tarixi
addım, möhkəm bünövrə oldu. 30 il işğal altında qalan torpaqlarımızın azad
olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın
yanında olana dəstək göstərən Türkiyənin dəstəyi ilə ermənipərəst dairələrin Azərbaycana
münasibətdə düşmən hərəkətlərinin qarşısı alındı. Sevindirici haldır ki, bu dəstək
və qarşılıqlı maraqlar naminə möhkəmlənən birlik Qarabağın və Şərqi Zəngəzurun
bərpasında ən önəmli dəstəkdir. İşğaldan azad olunmuş ərazilərin bərpasında
Türkiyə şirkətlərinin çoxluq təşkil etməsi qardaşlığımızın sarsılmazlıq
simvoludur. İşğaldan azad olunmuş ərazilərdə Şuşa Bəyannaməsində nəzərdə
tutulan quruculuq işlərinin, islahatların, gerçəkləşən layihələrin Azərbaycanın
öz vəsaiti hesabına, heç kimdən yardım almadan reallaşması iki qardaş ölkənin
müttəfiqlik münasibətlərinə sadiqliyidir.
Aytac İskəndərli,
YAP Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər