YAP Neftçala rayon təşkilatının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Martın 28-də
Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının təsis
edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.Əvvəlcə tədbir
iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin
əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Tədbirdə Dövlət
Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü
uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Daha sonra YAP Neftçala rayon təşkilatının təsis
edilməsindən və 30 illik fəaliyyətindən bəhs
edən videoçarx nümayiş olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan
Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, Yeni
Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində
ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək
Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan
partiyadır:” Yarandığı gündən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda
deyil, Azərbaycanı məhvə sürükləyən, müstəqilliyimizi təhlükə altına alan
uğursuz siyasətə qarşı idi. Bu gün isə Yeni Azərbaycan Partiyası böyük güc mərkəzidir.
Bu gün Yeni Azərbaycan Partiyasının inkişafında müstəqil və qüdrətli Azərbaycanın
inkişafı aydın görünür.” Ülvi Fərzəliyev
bildirmişdir ki, Neftçala rayon təşkilatı
partiyamızın həyata keçirdiyi layihələrdə üzərinə düşən vəzifə və öhdəlikləri
yerinə yetirməyə çalışmışdır. Rayon
partiya təşkilatının ən ümdə vəzifələrindən biri əhali arasında
ideoloji-maarifləndirmə işinin gücləndirilməsi olmuşdur. Bu məqsədlə mütəmadi
olaraq Ərazi partiya təşkilatlarında, idarə və müəssisələrdə, kənd və qəsəbələrdə
partiya üzvləri və ictimaiyyət nümayəndələri ilə görüşlər təşkil edilmiş, maarifləndirici söhbətlər
aparılmış, dəyirmi masalar, mühazirə və seminarlar təşkil edilmişdir. Vətən
müharibəsində qazandığımız qələbə, ölkənin və
regionların sosial-iqtisadi, mədəni
inkişafı sahəsində cənab İlham Əliyevin verdiyi Fərmanlar və Sərəncamlar, onların yerinə
yetirilməsi haqqında, eləcə də cənab
İlham Əliyevin xarici səfərləri,
ölkənin regionlarına etdiyi səfərlər
və əhali
ilə görüşləri barədə partiya üzvlərinə və ictimaiyyətə
dolğun məlumat verilməsi təbliğatımızın əsasını təşkil etmişdir. Yerli təşkilat tərəfindən
mütəmadi olaraq şəhid ailələri və müharibə iştirakçıları diqqətdə saxlanılır, düşmən təxribatı nəticəsində
cəbhədə yaralanan əsgərlərimiz və onların ailə üzvləri ziyarət edilir.
Partiyanın yerli təşkilatının inkişafında xidmətləri olmuş veteran partiya üzvləri də diqqədtdən kənarda
qalmır, bayram və digər əlamətdar günlərdə onlar ziyarət edilir, tövsiyyə və məsləhətləri
dinlənilir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən
Seyidov tədbirdə çıxış edərək vurğulayıb
ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin
qarşısının alınması, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi
məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz
qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi
və cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik
yarandı. Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən
görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin
idi. Ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə
bağlı tədbirdə deyib: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda
yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb,
demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə
yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı
da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı
müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının
veteran üzvü Oktay Kərimov çıxış edərək
rayon təşkilatının təsis edilməsindən bəhs etmiş, Ümummilli Lider Heydər
Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək
bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər
əldə etdiyini qeyd etmişdir. Xalqın
sevgisini və dəstəyini qazanan partiya ölkədə sabitliyin təminatında avanqard
rolunu oynayır.
Tədbirdə
çıxış edən rayon təşkilatının veteran üzvü Valeh Tağıyev ümumxalq partiyasına çevrilən və
800 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafında, gənclərin
dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi istiqamətində, ölkəmizin
beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasında rolundan danışıb.
Ərazi partiya təşkilat sədri Şəfəq Balaşova,
partiyaya yeni üzv olan gənc müəllim İlkin Xancanlı əldə olunmuş nailiyyətləri qorumaq və daha da
möhkəmləndirməyin, partiyanın ideyalarına sədaqətlə xidmət etməyin Yeni Azərbaycan
Partiyasının hər bir üzvünün ən ümdə vəzifəsi olduğunu qeyd ediblər.
Sonda rayon təşkilatının həyatında fəal iştirak edən
bir qrup partiya üzvlərinə fəxri fərman və partiya sıralarına yeni qəbul
olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olundu.
Digər xəbərlər