Qeyri-neft/qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynamışdır.
Heydər
Əliyevin qurduğu konsepsiyanın uğurlu davamını 2003-cü ildən sonra Prezident
İlham Əliyev həyata keçirməyə başlayıb.Prezident İlham Əliyev Azərbaycan adlı
yükün altına girmək məsuliyyətinin davamçısı olduğunu anlayaraq ölkəmizin
uğurları üçün yorulmadan fəaliyyət aparır.Azərbaycan dövlətçiliyinin əsasları
ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı
daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.
İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin əsas strateji
prioritetləri olmuşdur.2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Prezident
seçkiləri zamanı qələbə qazanan İlham Əliyev növbəti 7 il üçün Prezident səlahiyyətlərinin
icrasına başlayıb.Prezident İlham Əliyev “Bizim sözümüz imzamız qədər keçərlidir”
ifadəsini əbəs yerə səsləndirməyib. Həqiqətən də 2018-ci ildən başlayaraq ölkədə həyata keçirilən islahatlar daha da sürətləndirilib, daha çevik idarəçilik siseminə keçid edilib, proses bu gün də davam etməkdədir.Qeyri-neft/qaz
sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici
investisiyalar mühüm rol oynamışdır. 2011‒2021-ci illərdə ölkənin
qeyri-neft/qaz iqtisadiyyatına bütövlükdə 11,1 mlrd ABŞ dolları həcmində
birbaşa xarici investisiya yatırılmışdır. Xarici investisiyalar yüksək məhsuldar
sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına və müasir infrastrukturun
yaradılmasına yönəldilmişdir. Xarici investorların fəal cəlbini əlverişli
biznes mühiti və makroiqtisadi sabitlik şərtləndirmişdir.Son 10 ildə ölkədə
inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunmuşdur.Maliyyə
sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın
maliyyələşməsinə əhəmiyyətli dəstək vermişdir.Prezidentin regionda söz sahibi
olması bizim başımızın ucalığı, cənab İlham Əliyevin gücü və qüvvəsidir.İlham
Əliyevin prezidentliyi dövründə apardığı siyasət ordunun və iqtisadiyyatın güclənməsinə,
bu da öz növbəsində ən böyük problemimiz olan Qarabağın azad olunmasına gətirib
çıxardı. Prezident ötən müddətində uğurlu siyasətini tam şəkildə həyata
keçirdi, işğal altında olan torpaqlarımızı işğaldan azad etdi və beləliklə,
dünyaya bildirdi ki, doğrudan da Azərbaycan xalqının rəhbəri, Ali Baş
Komandanı, ordusu və xalqı bu qələbəni qazanmağa qadirdir. Azərbaycan xalqı hər
zaman dövlət başçısını dəstəkləyir. Bu gün Azərbaycan Cənab İlham Əliyevin
gördüyü işlər nəticəsində bölgənin ən qabaqcıl dövlətlərindən biri olmağı
bacarıb. Prezidentimizin Xəzəryanı, türkdilli ölkələrin birləşdirilməsi, bölgədə
yaxınlığın yaradılması istiqamətindəki uğurları, qardaş ölkə Türkiyə ilə
dostluğu daha da möhkəmləndirməsi, bu təcrübələri başqa ölkələrə aşılaması və nəhayət
bölgədə söz yiyəsi olması cənab Prezidentin öz gücü və qüvvəsidir.
Zülfəli Muradov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri.
Digər xəbərlər