Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir.

2023-04-12 Baxış: 281
img

Aprelin 10-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərdə olub. Prezident İlham Əliyevin Qazaxıstana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşıb. Dövlətimizin başçısının bir-birinin ardınca Tacikistana və Qazaxıstan səfərləri bunu bir daha təsdiq edir. Dövlət rəhbərlərinin birgə səyləri nəticəsində son illərdə Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter alıb, siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıqlar daha da aktivləşib. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi: “Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”.Münaqişələrin dərinləşərək müharibələrə çevrildiyi, beynəlxalq münasibətlərin isə gərginləşərək pik həddə çatdığı bir dönəmdə Azərbaycanın bütün ölkələrlə, o cümlədən Qazaxıstanla dostluğa və qarşılıqlı maraqlara xidmət edən əlaqələri dərinləşir, zamanın və şəraitin çağırışlarına uyğun dizayn olunur.30 ilə yaxın davam edən işğal zamanı Ermənistan tərəfindən şəhər və kəndləri, mədəni və dini abidələri, məscidləri məqsədli şəkildə dağıtmış,o cümlədən Azərbaycanın dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadıq və Ermənistanın müharibə cinayətlərinin bu günə kimi davam edir.Azərbaycanın regionda sülhün bərqərar olmasında maraqlı tərəfdir və Azərbaycanın Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edir.Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə  Prezident Tokayevə minnətdarlığını bildirib və sülhün aqibəti haqqında ibrətamiz sözlər deyib: "Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır.Əlbəttə, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim. Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq və bu gün hələ bu barədə diskussiyaları davam etdirəcəyik. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir. Bu halda qazaxıstanlı qardaşlarımızı təbrik etmək istərdim ki, ölkənin beynəlxalq arenada nüfuzu artır və Qazaxıstan haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb".Azərbaycan bütün platformalarda sülhün və təhlükəsizliyin təmin olunması, münasibətlərin normallaşması üçün fəal iş apardığını bəyan edir və bunu real addımlarla göstərir. Bütövlükdə qeyd olunmalıdır ki, dövlətimizin başçısının Qazaxıstana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfədir.

         Əli Məmmədzadə,

         YAP Neftçala rayon təşkilatı

         Ərazi partiya təşkilatının sədr müavini