Prinsipial mövqe
18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi
müsahibədə Prinsipial mövqeyə toxunan prezident İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsindən keçən iki il yarım
ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr
və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə
görüblər. Separatçılar bilməlidirlər ki, onların iki seçimi var, ya Azərbaycan
Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Separatçıların
əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı
Qarabağdan qovmuşuq. Onlar qaçıblar, Xankəndiyə və başqa bir yerə gələ
bilmirlər. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar bilməlidir
ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah
etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki,
oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna,
əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Hazırda Qarabağda yaşayan
erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır.
Sadəcə olaraq, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat
yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Dövlətimizin başçısı müsahibəsində
qeyd etdiyi kimi, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa
çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırılması erməni hökumətinin
növbəti çirkin əməlidir. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli
deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas
verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq
Ermənistan hakim dairələrinin yüksək səviyyəli şəxsləri ilə birbaşa təmasdadır.
İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu
qəhrəmanlaşdırırlar.Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz
başları üzərində görə bilərlər. Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Bu
gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır. Ermənilər bizim bayrağımızı
yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türk dünyasının hər bir övladı
Cansu və Qəmzə kimi olmalıdır. Türkiyənin idmançıları Ermənistanda - düşmən
dövlətdə, həm Azərbaycana,həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə böyük
qələbəni əldə etdilər. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr
etdilər. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır.
Abdiyev Şahin,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının
sədri
Digər xəbərlər