Nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır.

2023-04-25 Baxış: 237
img

Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsi zamanı bir çox məsələrə toxunaraq qeyd etmişdir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Qarabağ bizim daxili işimiz olduğu üçün onun hər hansı bir ölkə ilə müzakirəsi doğru deyil. İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verənlər bizim iradəmizi, gücümüzü əyani şəkildə görüblər. Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə önəmli hadisələr baş vermişdir. Düşünürəm ki, biz bu torpaqların sahibi olduğumu dəfələrlə sübut etmişik. Bir neçə gün öncə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağı yandırıldı. Əlbəttə ki bu Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Hadisəni törədən şəxsin Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasda olması və həmin şəxsə heç bir cəza verilməməsi bunu deməyə əsas verir. Lakin bu gün Azərbaycan Bayrağı Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və yüzlərlə kənddə, Zəngəzur dağlarında dalğalanır. Belə düşünürəm ki, Ermənistan artıq Qarabağın Azərbaycanın olduğunu bildirməlidirlər.Orada yaşayan ermənilər isə başqa yaşayış yerlərinə köçməlidirlər.

Dövlətimizin başçısı tam əminliklə deyib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. “Ancaq, eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

 

Elvin Əlizadə,

 

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilat sədri