"Biz hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz - Azərbaycan dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq."
Ulu Öndər Heydər Əliyevin Ağdam
rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının üçüncü ildönümü ilə
əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdən (2 avqust
1996-cı il)
Azərbaycançılıq idelogiyasının güclənməsi dünya azərbaycanlılarının
birliyinə xidmət edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
azərbaycançılıq məfkurəsi millətin və dövlətin perspektiv inkişafının dəyişməz
konsepsiyası kimi, Azərbaycanın sosial-siyasi və iqtisadi modernləşməsinin
eyniləşdirilməsidir. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla,
strateci inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli
dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin
sanbalında öz əksini tapır. Bütün bunlar həm regional, həm də qlobal xarakterli
vəziyyətlərdə ölkənin dəyişməkdə olan rolunu başa düşməklə formalaşan milli
ideoloci model kompleksini təcəssüm etdirir. Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları
arasında təbliği vacib amildir. Azərbaycançılıq ideologiyasının xalqımız üçün əhəmiyyəti
birləşdirici faktor olmasından ibarətdir. Bu baxımdan Azərbaycançılıq
ideologiyası əhalimizin milli inkişaf yolunun formalaşmasının mərkəzində əvəzolunmaz
bir yer tutur. Bu ideologiya Azərbaycanda yaşayan azərbaycanlıları və o cümlədən
xaricdəki soydaşlarımızı daima mənəvi cəhətdən vətənimizlə əlaqəli və sıx təmasda
saxlayan amillərdəndir. Bütövlükdə xalqımız üçün əhəmiyyəti diqqətdən kənarda
qala bilməz. Harada yaşamağımızdan asılı olmayaraq, bütün soydaşlarımız gücünü
hər zaman millətimizin və ölkəmizin inkişafına sərf edilməlidir və azərbaycançılıq
ideologiyasının əsas məqsədi budur. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Biz
hamımız azərbaycanlıyıq, hamımız bir millətik. Hamımızın bir dilimiz – Azərbaycan
dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladlarıyıq”.
Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkisaf etdirə bilməz.
Bu mənada azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevmək,
onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli
varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət,
ana dilinə məhəbbət, bəşəri ideyalara hörmət azərbaycançılığın milli mahiyyətini
açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycan dili
milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponentidir.
Heydər Əliyev dühası azərbaycançılığı milli
ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə
nail olmuşdur. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid
ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını,
xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində
dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə
düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu
müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq,
özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi,
ideoloji bünövrədir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğma
Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu
quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət
quruculuğuna xidmət edən şərəfli ömür yolu, bu dahi şəxsiyyətin ölkəmizin dövlətçilik
tarixində göstərdiyi əvəzsiz xidmətləri bu gün mövcud olan müasir, suveren və
güclü Azərbaycanın sarsılmaz əsaslarını təşkil edir. Bu il may ayının 10-da qədirbilən
Azərbaycan xalqı özünün böyük xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə
Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə
2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması yaşadığımız bu ilə
xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. Bu gün gücü,
qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən
Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında
dinamik inkişaf edir.
Soltan Məmmədov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər