Azərbaycan xalqına həsr olunmuş fədakar ömür.
Ulu Öndər
Heydər Əliyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat
şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmişdir.
1955-ci
ilin ortalarında Heydər Əliyev DTK-nın arxiv-uçot şöbəsinə baş əməliyyat müvəkkili
göndərildi. Qısa bir müddətdən sonra SSRİ DTK-sının mərkəzi aparatında Heydər
Əliyevin əməliyyat təfəkkürünün, təhlil qabiliyyətinin, idarəetmə məharətinin,
təşkilatçılıq qabiliyyətinin təhlükəsizlik orqanlarına gərəkliliyini və bu cür
qiymətli əməkdaşı itirməyin kadr siyasətində yolverilməz səhv olduğunu
anladılar. Heydər Əliyev fiziki, ruhi, mənəvi qüvvələrinin çiçəkləndiyi dövrə qədəm
qoymuşdu və onun potensialı hələ neçə-neçə uğurlu əməliyyatın həyata keçirilməsində
əvəzedilməz rol oynayacaqdı. Fransız filosofu Fransua Lroşfukonun təbirincə desək,
insanın böyüklüyü onunla ölçülür ki, hətta bədxahlar belə onun ləyaqətini qiymətləndirmək
məcburiyyətində qalırlar. Düz yarım ildən sonra Heydər Əliyev 2-ci şöbənin bölmələrindən
birində rəis müavini, sonra rəis vəzifəsində idi. Daha yarım il sonra növbəti vəzifə
artımı: O, 2-ci şöbəyə rəis müavini təyin olunur. 1958-ci ildə 35 yaşında Heydər
Əliyev artıq bütün Azərbaycan əks-kəşfiyyatına başçılıq edirdi.
General-leytenant
Ziya Yisifzadə Heydər Əliyevin təhlükəsizlik orqanlarında bəraət almasını və yenidən məsul vəzifələrə irəli çəkilməsini
belə xatırlayır: "Özlərini gözdən salmış DTK əməkdaşlarının işdən çıxarılması
ilə bağlı onun 1953-1954-cü illərdə qaldırdığı məsələnin, 1956-cı ildə, Mir Cəfər
Bağırovun məhkəməsindən sonra aktuallıq tapması öz sözünü dedi. Yəni, Əliyevin
doğru olduğunu zaman sübuta yetirdi. Ən başlıcası isə Əliyev 2-ci şöbənin rəisi
olan vaxt bu şöbənin əks-kəşfiyyat uğurları əhəmiyyətli dərəcədə yüksək idi. O,
əməkdaşlar sırasından kəskin surətdə seçilirdi. Baxmayaraq ki, orqanlara
istedadlı, geniş dünyagörüşünə malik, xalqa, partiyaya sədaqətli adamları
götürürdülər. Özü də ciddi, iki il, üç il yoxlayırdılar. Hətta bu fonda belə
Əliyev öz təşkilatçılıq və analitik qabiliyyətinə görə nəzərəçarpan dərəcədə fərqlənirdi.
Buna görə də qısa müddətdən sonra onu yenidən irəli çəkdilər".
İşdə
göstərdiyi nümunəvi xidmətlərinə görə dəfələrlə mükafatlandırılan podpolkovnik
Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti yanında DTK sədrinin 2 mart
1964-cü il tarixli 85 saylı əmrinə müvafiq olaraq Azərbaycan SSR Nazirlər
Soveti yanında DTK-nın sədr müavini vəzifəsinə təyin edilir. 2-ci şöbənin rəisinin
daha məsul vəzifəyə irəli çəkilməsi üçün Heydər Əlirza oğlu Əliyevin SSRİ
DTK-sına göndərilən xidməti xasiyyətnaməsində deyilirdi: "... SSRİ Dövlət
Təhlükəsizlik Komitəsi ilə kapitalist ölkələrindən olan xaricilərlə bağlı, birgə
keçirilən bir sıra ciddi çekist əməliyyatında şəxsən iştirak etmişdir. Onun
bilavasitə iştirakı ilə respublika DTK-sında xarici kəşfiyyat orqanlarına qarşı
bir neçə tədbir həyata keçirilmişdir. Agentura ilə şəxsən işləyir... 1963-cü
ildə yoldaş Əliyev kordonun o tərəfinə keçmək fikri olan dövləti cinayətkarın
axtarışı və saxlanması işini yüksək peşəkarlıqla təşkil etmişdir. 1962-64-cü
illərdə onun rəhbərliyi altında şöbənin operativ heyəti tərəfindən həyata
keçirilən xeyli sayda profilaktik tədbirlər nəticəsində bir çox arzuedilməz
halların qarşısını almaq və yanlış fikirdə olan sovet vətəndaşlarını doğru yola
gətirmək mümkün olmuşdur".
Araz
Əhmədov,
YAP Neftçala
rayon təşkilatının fəal üzvü
Digər xəbərlər