Razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır.
Prezident İlham Əliyev cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin
formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq
konfransda çıxış edib. Düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla
Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa
danışıqlardır. Rusiya-Ukrayna müharibəsindən əvvəl biz keçmiş Minsk qrupu həmsədrlərinin
yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduq. Lakin qətiyyətlə buna qarşı
çıxdıq. Minsk qrupu uğursuzluğa düçar oldu, 1992-ci ildən 2020-ci ilədək heç
bir nəticə əldə etmədi. Nəticə faktiki olaraq neqativ idi. İşğal dövründə
qondarma danışıqların sonunda biz aydın başa düşdük ki, Minsk qrupunun həmsədrləri,
sadəcə olaraq, status-kvonu saxlamaq istəyirdilər ki, bu da onlar və Ermənistan
üçün rahat idi. Azərbaycan müxtəlif təxribatlara cavab tədbirləri gördü və
İranın sərhədinə yaxın iki hərbi təlim keçirdi. Biri xüsusi təyinatlılarla birgə
oldu. İkinci təlim isə müttəfiqimiz Türkiyə ilə, “F-16” qırıcıları və Türkiyənin
xüsusi təyinatlıları ilə birgə keçirdik. Bu, sadəcə, gücün nümayiş etdirilməsi
deyil, özümüzü müdafiə etmək bacarığımızdan xəbər verən mesaj idi. Hazırda
Tehrandakı səfirliyimiz bağlıdır. Bizim üçün insanlarımızın təhlükəsizliyi və həyatı
daha vacibdir. Azərbaycan səfirliyimizə qarşı törədilmiş terror hücumunun şəffaf
araşdırılmasını tələb edir.deyə dövlət başçısı bildirmişdir.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük
nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər
beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən
müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad
olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq
nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin
təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu
konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının
sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir.
Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin
başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində
həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək
diqqətinin və artan marağının əyani ifadəsidir.
Zeynalabdin
Abbasov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər