Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevarnadze ölkələrimiz arasında güclü tərəfdaşlığın və əməkdaşlığın bönövrəsini qoydular.

2023-05-11 Baxış: 249
img

Ulu öndər Heydər Əliyev bir sıra beynəlxalq əhəmiyyətli problemlərin, möhtəşəm proqramların həyata keçirilməsində də qonşu Gürcüstan Respublikasının maraqlarına hər zaman xüsusi önəm verib. Yeri gəlmişkən, uzun illər Ümummilli lider Heydər Əliyevlə çiyin-çiyinə çalışan Eduard Şevardnadze öz memuarlarında Ulu öndərimizin bu tarixi xidmətlərini minnətdarlıqla xatırlayaraq yazırdı: “...Heydər Əliyev enerji daşıyıcılarının əsas marşrutunun Gürcüstandan keçməsi üçün əlindən gələni əsirgəmirdi. Bakı-Supsa ilkin neft borusu tez bir zamanda, 6-7 ay ərzində inşa olundu... Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin çəkilişi beynəlxalq maraqlara, eləcə də ABŞ və Türkiyənin aktiv dəstək obyektinə çevrilməsinə səbəb oldu və Gürcüstana çox əhəmiyyətli bir beynəlxalq funksiya qazandırdı”.

Eyni zamanda, mərhum Eduard Şevardnadze öz memuarlarında Ulu öndər Heydər Əliyevlə bağlı çox mühüm mətləblərdən söz açırdı: “Tale elə gətirdi ki, Heydər Əliyev və mən 10 il ərzində öz ölkəmizə rəhbərlik etdik

Öz növbəsində, Ümummilli lider Heydər Əliyev də Eduard Şevardnadzenin fəaliyyətini, həmçinin, Gürcüstanın bir dövlət kimi var olmasında göstərdiyi xidmətləri yüksək qiymətləndirmişdir: “Biz qonşu gürcü xalqının bu gününə, gələcəyinə dost münasibəti bəsləyən bir xalq kimi, Gürcüstanın bir neçə il bundan əvvəl düşdüyü ağır vəziyyətdən çox narahat idik. Eyni zamanda, çox sevindik ki, Eduard Şevardnadze Gürcüstana qayıtdı, çox ağır vəziyyətdə olan Gürcüstanın mövcud problemlərinin həlli ilə məşğul oldu və Gürcüstanı vətəndaş müharibəsindən, qardaş qırğınından, müxtəlif fəlakətlərdən xilas etdi”.
Və son olaraq bildirmək yerinə düşər ki, Eduard Şevardnadze Gürcüstan - Azərbaycan münasibətlərinin, eləcə də xalqlarımız arasındakı sıx dostluq əlaqələrinin inkişafına müstəsna töhfələr verdiyi üçün onun xatirəsi hər zaman yaddaşlara əbədi olaraq yaşayacaqdır.
O, sözün əsl mənasında, Azərbaycan xalqının dostu idi.

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Prezident İlham Əliyev sualları cavablandırarkən bildirmişdir ki, Prezident Heydər Əliyev və Prezident Eduard Şevardnadze ölkələrimiz arasında güclü tərəfdaşlığın və əməkdaşlığın bünövrəsini qoydular. Bildiyiniz kimi, onlar sovet dönəmində Azərbaycana və Gürcüstana rəhbərlik edirdilər. Əslində, onlar Gürcüstanla Azərbaycan arasında bugünkü tərəfdaşlığın formatının əsasını qoydular. Təbii ki, bu, Bakı-Supsa boru kəməri ilə başladı. 1990-cı illərin sonunda Prezident Şevardnadze və Prezident Əliyevin iştirakı ilə Supsada məlum açılış mərasimi oldu. Sonra onlar birgə Bakı-Tbilisi-Ceyhanın əsasını qoydular. Bakı-Tbilisi-Ceyhanın 2006-cı ildə istismara verilməsi, təəssüf ki, onların iştirakı olmadan baş tutdu.

Bir sözlə, bu gün münasibətlər həmin əsaslar üzərində uğurla inkişaf edir.

 

Şakir Bəşirov,

YAP Neftçala rayon təşkilatının üzvü