Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.
Ulu öndər Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə hakimiyyətə gəlib. Bununla yanaşı dünyada Azərbaycana qarşı yürüdülən ikili standartlar ölkənin az qala müvazinətinin itirilməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməklə ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi.
Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gələn zaman başlıca amalı Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından azad etmək olub. O, ölkə rəhbəri olduğu müddətdə müasir Azərbaycanın qurucusuna çevrildi və gördüyü işlərlə, yürütdüyü siyasətlə xalqın əbədi rəğbətini qazandı.
Ulu Öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq olmuşdur. Həqiqətəndə Heydər Əliyevin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.
Ulu Öndər Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.Qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaranmış, uğurlar əldə olunmuşdur. Dünyanın aparıcı
dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət
yetirməyə başlamış və ölkəmiz beynəlxalq münasibətlər sisteminin
suveren aktoruna çevrilmişdir.
Heydər Əliyev hansı
vəzifədə işləməsindən, hansı şəraitdə olmasından asılı olmayaraq, ona
münasibətin vahid ünvanı və məzmunu ümumxalq məhəbbəti olmuşdur.
O, 1969-cu ildə
hakimiyyətə gəldiyi andan etibarən respublikamızın həyatında geniş vüsət alan
dəyişikliklərə təkan vermiş, qısa müddət ərzində bütün istiqamətlərdə
naliyyətlər əldə olunmuş, milli-mənəvi dəyərlərin dirçəlişi yolunda mühüm
addımlar atmışdır. Sovetlər dönəmindən başlamış Heydər Əliyev idarəetmə
fəlsəfəsinin başlıca istiqaməti məhz milli özünüdərkin güclənməsinə şərait
yaradan sürətli inkişaf strategiyası təşkil etmişdir.
Beynəlxalq normalara
əsaslanan demokratik, hüquqi dövlət quruculuğu, suveren Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni
iqtisadi kursun müəyyən edilməsi kimi vacib məsələlərin həlli şəxsən Ümummilli
lider Heydər Əliyevin xidmətləridir.
İdarəçilik istedadı,
tükənməz enerjisi, işgüzarlığı və yüksək peşəkarlığı ilə səciyyələnən Heydər
Əliyev fenomeni düşüncə və fikir cəsarətinə, sərbəst qərar qəbul etmə
qabiliyyətinə görə dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri kimi tanınır,
sevilir, öyrənilir və daima tədqiq edilir. Heydər Əliyev ideyalarının gerçəkləşməsinin
parlaq təcəssümü müstəqil Azərbaycan Respublikasıdır. Dövlətçiliyimizin Heydər
Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası azərbaycançılıq
məfkurəsinin şüurlara hakim kəsilməsi, milli-mənəvi dəyərlərimizin dövlətçilik
ənənələrinə, strateji hədəflərə yönəldilməsi ilə nəticələnib. Azərbaycan
dövlətçiliyinin və xalqının taleyində yeni sabahlara açılan tarixi yolun əsaslı
dönüş mərhələsinin həlledici məqamları dəmir iradə, obyektiv prinsipiallıq,
səmimiyyət, həsaslıq və müdriklikdən qaynaqlanan bu böyük şəxsiyyətə bağlıdır.
Bu bağlılıq ənənəvi olaraq bu gün də uğurla davam etdirilir.
Azərbaycan xalqı sizi və sizin əvəzsiz xidmətlərinizi heç zaman
unutmayacaq! Ruhunuz şad olsun, Ulu Öndər!
Pərviz Hacıyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər