Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar möhtəşəm konsert proqramı təşkil olunub.

2023-05-12 Baxış: 286
img
Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Heydər Əliyev İli” elan edilməsi Sərəncamına uyğun olaraq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq Neftçala rayonunda möhtəşəm konsert proqramı təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon Ağsaqqallar şurasının sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Konsert proqramında ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konsert proqramını tanınmış aparacı Naid Şadxan, Nübar Əbilqızının təqdimatı ilə başlayıb və konsert proqramında populyar müğənni Elçin Cəfərov, Pərvin Səfərov, Nadir Bayramlı, Əhməd Mustafayev, Sevda Yəhyayeva, Damla, Respublikanın əməkdar artistləri Səidə Şərfəliyeva, Rahilə Bəndəliyeva, saz ustası, əməkdar mədəiyyət işçisi Solmaz Kosayeva, qiraətdə Zaur Manafov çıxış ediblər.
Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olub.