Ermənistan əhalisinin 99.9 faizi ermənilərdən ibarətdir.
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin
100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində çıxışında
dedi ki, Ermənistan əhalisinin
99.9 faizi ermənilərdən ibarətdir. Bu isə faşizm deməkdir.Ermənistanın bütün qonşu ölkələri Türkiyə, İran,
Gürcüstan, Azərbaycan. Onların hamısı çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdir
Rusiya, İraq, Qazaxıstan, Ukrayna, Türkmənistan, Əfqanıstan, Pakistan, İsrail.
Dünyanın bu hissəsində monoetnos olmaq mümkün deyil. Qitənin bütün tarixi buna
ziddir. Siyasi sistemindən, dinindən asılı olmayaraq heç bir dövlətdə belə vəziyyət
yoxdur.Ermənistan bir neçə onilliklər ərzində ardıcıl olaraq, irqçilik və
ksenofobiya siyasətini apararaq, 21-ci əsrə bu biabırçı statusda qədəm qoyub.Çoxmillətli
İrəvan və Zəngəzur torpaqları irqi cəhətdən ‘təmiz’ cəmiyyət qurmaq üçün sınaq
meydanına çevrilib. Erməni ekspansionizminə himayədarlıq etməyə davam edərək,
bu siyasəti birbaşa və dolayı yolla dəstəkləyən xarici siyasətçilərə ayıb
olsun.Son
100 ildə ermənilərin azərbaycanlılara qarşı soyqırım və deportasiya aktlarında
1,5 milyon nəfər öz tarixi yurdlarından qovulub, 500 min nəfər öldürülüb.Ermənistan
ərazisində yaşayan 182 000 azərbaycanlı, 18 000 kürd və 1 000 nəfər rus zorla
daimi yaşayış yerlərindən deportasiyaya məruz qalıb. Ümumilikdə 200 mindən
artıq insan öz tarixi torpaqlarından vəhşicəsinə qovulub.Hazırda Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı
yaşamır və Ermənistan dünyada ən monoetnik dövlətə çevrilib. Ölkə əhalisinin 99,9 faizi ermənilərdən
ibarətdir.Ermənistanın işğalçı və terrorçu siyasəti, qonşu xalqa qarşı soyqırım
həyata keçirməsi özünün ağır nəticələrin erməni xalqının da üzərində göstərib.
Bir qrup ermənizm ideoloqu və Qərb dövlətlərinin seperatçı agentləri bütün bir
xalqı müsibətə, faciəyə düçar edib. Ermənilər bunu artıq başa düşürlər və
görürlər, lakin artıq gecdir. İndi son 2 əsrdə törədilmiş sayslz-hesabsız vəhşiliklərə,
işğala, terrora, soyrıqıma görə Azərbaycan xalqı qarşısında cavab vermək vaxtı
gəlib çatıb.
Aidə Günəşova,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının
sədr müavini
Digər xəbərlər