Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir
May
ayının 10-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günündə Şuşa şəhərindən
Azərbaycan xalqına müraciəti zamanı Prezident İlham Əliyev Azərbaycanda
təhlükəsizliyin təmin edildiyini, əmin-amanlıq hökm sürdüyünü vurğulayaraq qeyd
etmişdir ki, "Müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Bu gün
biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl
mənasında, müstəqil ölkə kimi yaşayırıq. İndi dünyanın hər bir yerində
müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük.
Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və
Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində
çətin günlər yaşamışdıq .
Müstəqil
yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın
arzusudur.Müstəqil dövlət olmaq ,müstəqil dövlətdə yaşamaq sərvətdir. Hər bir
xalqa məxsus olmayan sərvət. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın
hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycan xalqı da həmişə bu
istəklə yaşamışdır. Azərbaycan əsrlər boyu mücadilələr aparmış, torpağına göz
dikən, azadlığını buxovlayan, ona düşmən kəsilən yadellilərlə ölüm-dirim
savaşına qalxmış, saysız qurbanlar vermişdir. 1991-ci ildə yenidən əldə
etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli
tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsidir".
Prezident
İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və
prinsipallıqla davam etdirərək Azərbaycanı sabitlik və əmin-amanlıq adası kimi
qoruyub saxlayır, Cənubi Qafqazın lider dövlətinə çevirərək iqtisadi qüdrətini
və siyasi nüfuzunu daim artırıır.Bu gün Azərbaycan ayaqda möhkəm duran bir
ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata
malik olan bir ölkədir.Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi
nailiyyətidir.Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına
əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur.
Fətəli
Hüseynov,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər