Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir.

2023-05-15 Baxış: 237
img

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəsinə və xalqına şərəflə xidmət edən görkəmli dövlət xadimi olmaqla bərabər, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyev eyni zamanda beynəlxalq miqyasda dünya liderlərindən biri kimi qəbul olunur. Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət və atdığı addımlar həm öz ölkəsində, həm də dünya ictimaiyyəti arasında yüksək qiymətləndirilir. “Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir” bunu  Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib. Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun.Görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq.Şanlı Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının çoxəsrlik tarixində qazandığı ən böyük qələbədir. Azərbaycanın əzəli-əbədi torpaqları olan qədim Qarabağın 30 illik işğaldan sonra azad edilməsi qətiyyətli lider kimi qəbul olunan Prezident İlham Əliyevin "dəmir yumruğ"unun nələrə qadir olduğunu dünyaya nümayiş etdirmişdir. Qarabağ Zəfəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin liderlik istedadının daha parlaq bir ifadəsi kimi də mühüm əhəmiyyətə malikdir. Ordunu və xalqın bütün təbəqələrini "dəmir yumruq" ətrafında birləşdirməsi İlham Əliyev liderliyinin parlaq təcəssümüdür.Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik.

Arif Bağırov,

YAP Neftçala rayon təşkilatı

ərazi partiya təşkilatının sədri