İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür.
Azərbaycan
və Litva uzun illərdir ki, strateji tərfdaş ölkələrdir. Ölkələrimiz arasında
çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır.
Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini
göstərir. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin 22 may tarixində
Litvaya etdiyi rəsmi səfər çox mühüm əhəmiyyətə malikdir. Yüksək səviyyədə olan
Azərbaycan-Litva əməkdaşlığının gələcədə daha da genişləndirilməsi üçün
önəmli addımlar atılacaqdır. Səfərin nəticəsi olaraq gələcək
illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər
sürətlə gedəcək.
Prezident
İlham Əliyev ölkələrimiz arasında perspektivli əməkdaşlıq istiqamətlərindən bəhs
edərkən bildirdi ki, ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan
çərçivəsində də önəmli rol oynayır. Məlum olduğu kimi, Azərbaycan təbii qazının
Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac
edilən qazın həcmi ildən-ilə artır. Bundan əlavə, Litvada və Azərbaycanda bərpaolunan
enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır.
Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.
Mətbuata
verdiyi bəyanatında Prezident İlham Əliyev ölkəmizin nəqliyyat-kommunikasiya
imkanlarına da xüsusi diqqət çəkdi. Dünyada hökm sürən yeni geosiyasi reallıq
fonunda Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır.
Ölkə başçısı diqqətə çatdırdı ki, Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi
ölkələri ilə birləşdirən nəqliyyat marşrutları bəllidir. Azərbaycan və Litva
birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu
əməkdaşlığa nail olacaq.
Ümumiyyətlə
ölkələrimiz iqtisadi sahədə çox yüksək əlaqələrə malikdir. Artıq ənənəvi hal
almış Azərbaycan-Litva biznes forumu buna əyani sübutdur. Vilnüs şəhərində
keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı da Prezident İlham
Əliyev ölkəmizin iqtisadi potensialından və Litva ilə bu sahədə yüksək əlaqələrdən
bəhs etdi. Həmçinin bir il ərzində ölkə rəhbərlərinin ikinci dəfə biznes
forumda çıxış etməsi faktı ölkələrimizin biznes subyektləri və sahibkarları
arasında təmaslara verilən əhəmiyyətin göstəricisidir. Azərbaycan və Litva
arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Bərpaolunan enerji sahəsinə
yatırımlar baxımından hər iki ölkə xüsusilə fərqlənir. Hər iki ölkədə - Baltik
və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Azərbaycanda
enerji təhlükəsizliyi mövcuddur. Bundan əlavə, Azərbaycan ixrac məqsədləri üçün
daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin
günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir. Hazırda Azərbaycan
Avropanın etibarlı təchizatçısı kimi neft, təbii qaz və elektrik enerjisi ixrac
edir. Bir sözlə, Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri
sayəsində kəskin şəkildə dəyişib.
Elmira
Tağıyeva,
YAP
Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər