Önəmli etiraf
Azərbaycan
Respublikası və Rusiya Federasiyası arasında sıx dostluq əlaqələri, qarşılıqlı
tərəfdaşlıq, səmimi qonşuluq münasibətləri daima mövcud olmuşdur. Ulu Öndər
Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu münasibətlər hal-hazırda cənab Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvada işgüzar səfərdə
olmuşdur.
Zirvə görüşündə çıxış edən Rusiya Prezidenti Vladimir Putin: “Biz növbəti
görüşümüzün keçirilməsinə dair təklifə operativ reaksiya verdiyiniz üçün minnətdarıq
və ümid edirəm ki, bu, bizim artıq çoxdan danışdığımız bəzi məsələlərin praktik
həllində yaxşı müqəddimə olacağını bildirmişdi”.
Çıxışı
zamanı Azərbaycan və Ermənistan münasibətlərinə toxunan Prezident İlham Əliyev
Azərbaycan Respublikası və Ermənistan Respublikasının bir-birinin ərazi
bütövlüyünü tanımasının əsasında sülh müqaviləsinə doğru ən ciddi addımlardan
biri olduğunu və Azərbaycanın daima sülhü dəstəklədiyini iclas iştirakçılarının
nəzərinə çatdırdı. Azərbaycanın uğurlu iqtisadi inkişafından ,həyata keçirdiyi
layihələrdən söz açan Prezident İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat yollarının kəsişməsində yerləşməsi nəticəsində ölkəmizin nəqliyyat-logistika
infrasturukturunun bütün istiqamətlərdə daşınmasına imkan verdiyini bildirdi.
Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma
tərsanələrinin olması ölkəmizin bu sahədə də ciddi irəliyişlərinin olmasının
sübutudur. Bakı-Tiblisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq
dənizi limanlarına çıxışının təmin etməsini Prezident İlham Əliyev mühüm amil
kimi qiymətləndirdi .
İclas zamanı Ermənistanının Baş Naziri Nikol Paşiniyan Azərbaycana qarşı əsası
olmayan ittihamlar irəli sürdü. N.Paşiniyanın əsassız ittihamına görə guya
Azırbaycan Laçın Xankənkəndi yolunu bağlayıbdır, Ermənistana qarşı ərazi
iddiaları vardır. Həmişə olduğu kimi təmkinlə, yüksək siyasi savadla prezident
İlham Əliyev N.Paşinyanın yalançı ittihamlarını puç etdi, onun yalanlarını ifşa
etdi. Belə ki, cənab prezident cavab nitqi zamanı Azərbaycanın Ermənisatana heç
bir ərazi iddiasının olmadığını, N.Paşinyanın beynəlxalq terminləri düzgün
anlamadığını iclas iştirakçılarının nəzərinə çatdırdı. Beləliklə, Ermənistanın
Baş Naziri beynəlxalq ictimaiyyət qarşısında özünü pis vəziyyətə saldı, bu da
onun qalib lider qarşısında növbəti məğlubiyyəti oldu.
Önəmli
etiraf: Prezident İlham Əliyev çıxışında bildirmişdi ki, “Ermənistanın rəsmən
Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə
nail olmaq üçün imkanlar var”.
Azərbaycan
heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan
sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi
qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin
postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən
erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili
yardım maşınları keçir.
Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin
bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə
göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin
digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.
Vladimir Putin Azərbaycanla Rusiyanın bu günki münasibətlərinin müttəfiqlik səviyyəsinə
qalxdığını xüsusilə nəzərə çatdırmışdır. Bu da Azərbaycanın bölgədə mühüm
nüfuza malik olduğunun, Prezident İlham Əliyevin güclü xarici siyasətinin göstəricisidir.
Emin
Bağırov,
YAP
Neftçala rayon təşkilatı
Ərazi partiya
təşkilatının sədr müavini
Digər xəbərlər