Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var
Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan
bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin
xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və
tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları
arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin
dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Ölkələrimiz
arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Belə ki, İsrail Dövləti
1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində
Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə
sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Iki
ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə
qeyd olunub. Növbəti yadda qalan tədbir isə 30 may tarixində İsrail Dövlətinin
Prezidenti İsxak Hersoqun ölkəmizə səfəri oldu. 30 may tarixində dövlətimizin
başçısı Prezident İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata
bəyanat vermişlər. Dövlətimizin başçısı, İsrail Dövlətinin Prezidenti İsxak
Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini
nümayiş etdirdiyini, səfərin ikitərəfli əlaqələrimizi gücləndirəcəyini, çox fəal
siyasi dialoqun mövcud olduğunu vurğulamışdır. Cari ildə İsraildə Azərbaycan səfirliyinin
açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracağını və eyni zamanda,
daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğulayan ölkə
rəhbəri, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çox lakin, növbəti illərdə
ticarət dövriyyəsini şaxələndirməyə çalışmalı olduğumuzu qeyd etmişdir. Uzun
illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam
etdiyini və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirdiyini,
interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri
üçün böyük imkanlar mövcud olduğunu, irriqasiya və kənd təsərrüfatı sahələri
üzrə birgə layihələr reallaşdırılacağını, Azərbaycan İsrailin müsbət təcrübəsindən
istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətində olduğunu
bildirmişdir. Dövlətimizin başçısı, Yəhudi icmasının Azərbaycandaəsrlər boyu
yaşadığını, bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri - Azərbaycan
vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən
insanlar olduğunu bildirmiş, Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin
ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşduqlarını,
onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər
azlıqların nümayəndələri ilə birgə vuruşduqlarını diqqətə çatdırmışdır. İsraildə
yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol
oynadıqlarını qeyd edən ölkə rəhbəri, bizim dünya azərbaycanlılarının diaspor təşkilatları
olduğunu, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli
insanlardan ibarət olduğunu, bu, aramızda heç bir fərqin, heç bir bölgünün
olmadığını nümayiş etdirdiyini, bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr,
dostluq və qarşılıqlı dəstək tariximizi olduğunu bildirmiş, “Müstəqil ölkə
olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı
yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də
belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza
töhfəsi çox vacibdir” fikirlərini diqqətə çatdırmışdır. Bu gün Azərbaycan və
İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən
müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz
arasında hərbi sahədə də yaxşı əlaqələr var. İnanırıq ki, iki dövlətin dostluq
və əməkdaşlığı bundan sonra daha da dərinləşəcək, güclənəcək.
Bağırov
Emin,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatı sədrinin müavini
Digər xəbərlər