Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar.
May ayının 30-da İsrail
Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana etdiyi səfər ölkələrimiz
arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Azərbaycan və İsrail
Prezidentlərinin görüşündən sonra mətbuata bəyanatla etdiyi çıxışında möhtərəm
dövlət başçımız cənab İlham Əliyev yəhudi icmasının Azərbaycanda əsrlər boyu
yaşadığını, bunun bizim ölkənin böyük dəyəri olduğunu, Azərbaycan vətəndaşları
olaraq yəhudi icmasının üzvlərinin ölkəmizin müasir inkişafına hər zaman mühüm
töhfə verən insanlar olduqlarını xüsusi qeyd etmişdir. Bu gün ölkəmizdə yəhudilər
əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında
yaşayırlar. Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin
diqqət və qayğısı ilə əhatə olunublar.Bu gün Azərbaycanda yəhudi icmaları
ictimai həyatda fəal iştirak edirlər. Birmənalı olaraq deyə bilərik ki, bütün
tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu
üzvü kimi hiss etmiş, Azərbaycan xalqı onlara yad münasibət göstərməmiş, əksinə,
yəhudi mənşəli həmvətənlərimiz dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində
yaşamışlar. Azərbaycanın istər iqtisadi, istər siyasi, istərsə də
mədəni həyatının mühüm iştirakçısı olmuş bu xalq yeni yaranmış Azərbaycan
Respublikasının ərazi bütövlüyü və haqq yolu uğrunda apardığı mübarizədə də ən
böyük dəstəkçisi kimi çıxış edir. Cənab Prezidentin də dediyi kimi “Azərbaycanda
yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar
ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi
bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə
vuruşublar”.Azərbaycan-İsrail ölkələri arasında dostluq
münsibətlərini daha da möhkəmlənəcək.
Xanım Kərimova,
YAP Neftçala rayon təşkilatı
ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər