Azərbaycan amalı
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev
haqqında danışmaq, həm çox çətin, həm də asan məsələdir. Çox çətindir ona görə
ki, bunun üçün onun malik olduğu potensialın ən azı çox kiçik bir hissəsinə
sahib olmaq lazımdır. Asandır ona görə ki, bizlər çox xoşbəxt insanarıq ki,
onunla bir dövrdə yaşamışıq. Azərbaycan cəmiyyətində Heydər Əliyev adı çəkiləndə
hər zaman dahi, xilaskar insan adı gözlər önünə gəlib. Belə ki, Ümumilli
liderimiz Ölkəmiz üçün sadəcə bir rəhbər kimi fəaliyyət göstərməyib. Dahi şəxsiyyət
əsl Lider kimi hər zaman xalqımızın yanında olub. O, müasir Azərbaycanı qurmuş
bir şəxsiyyətdir. Ona görə də onun fəaliyyəti hər bir azərbaycanlının həyatına
bilavasitə təsir etmişdir. Qurub-yaratmaq Ulu Öndər Heydər Əliyevin həyat amalı
idi. Bu baxımdan böyük şəxsiyyətin 100 illik yubileyinin ən yüksək səviyyədə
qeyd edilməsi sevincimizə sevinc qatır!.Bəli, qurub-yaratmaq onun alın yazısı
idi. Yaratdıqları da özü kimi böyük idi. O xalqının tarixini yazırdı, tarixini
yaradırdı. İlləri illərə calayaraq sanki bir memar, rəssam qüdrəti ilə bütün
istedad və bacarığını möhtəşəm bir tablonun yaranmasına sərf edirdi. Sevgiylə ərsəyə
gətirdiyi bu tablonun adı isə Azərbaycan idi. Tarixə nəzər salsaq indiyə kimi
heç bir kiçik ölkənin Liderinin siyasi fəaliyyəti öz ölkəsindən kənarda böyük
maraq doğurmayıb. Ulu Öndər bizlər üçün həm şərəfli keçmişimiz, həm də inamlı gələcəyimizdir.
Azərbaycan cəmiyyəti bu dahi azərbaycanlının böyüklüyünü zaman keçdikcə daha dərindən
dərk etməyə başlayır. Heydər Əliyevin hər bir addımı öz dövrü üçün çox cəsarətli
bir yenilik idi. O, sanki həmin zamanı artıq bir dəfə yaşamışdı, onunla tanış
idi. Ona görə də dövrün hadisələrinə hamıdan çox hazır idi. O nadir insanlardan
idi ki, nəinki zamanın nəbzini tuturdu, hətta onun necə vurmağına diktə də edə
bilirdi. Onun hər hərəkəti tarixə düşəcək addım kimi yada salınır. Bir çox
hallarda bu addımlar şəxsən onun həyatı və karyerası üçün təhlükəli olsa da, O,
heçnədən çəkinmirdi. Nəinki zamana uyğun hərəkət edirdi, hətta gələcəkdə inkişafın
hansı istiqamətdə gedəcəyini də ümumən göstərə bilirdi. Heydər Əliyevin dövlətçilik
təfəkkürü, uzaqgörənliyi və liderlik keyfiyyəti müstəqillik dövründə özünü
bariz göstərdi. Onun fəaliyyəti bir unikal idarəçilik sistemi idi. Onun
baxışları həm müstəqil dövlətin quruculuğu dövrünə, həm də artıq qurulmuş dövlətin
idarə edilməsi məsələlərinə tam uyğun gəlir. Ümumilli lider Heydər Əliyevi
parlaq zəkası ilə ölkəmizin gələcəyə aparan yollarını da müəyyən etdi. Heydər
Əliyev şəxsiyyətində nəzərə çarpan ən güclü cəhət onun Azərbaycanı ürəkdən sevməsi
idi. O, bu sevgini bütün varlığı ilə göstərməyə və realizə etməyə çalışırdı.
Bugünkü müasir, müstəqil, güclü Azərbaycan məhz Heydər Əliyevin əsəridir. Azərbaycan
onun üçün həyatının mənası, hərəkətlərinin stimulu idi. Lakin tarix onu da
sübut edir ki, bəzən böyük şəxsiyyətlərin ideyaları layiqli varisin yoxluğu
üzündən yarımçıq qalır. Xalqımızın bu sarıdan da, bəxti gətirmidir. Heydər
Əliyevin quruculuq missiyası Müzəffər Prezident cənab İlham Əliyevin qətiyyəti
ilə əbədiyaşarlıq qazandı. Həm ölkənin, həm də xarici ölkələrin politoloqları
onun uğurlarının kökünü məhz Heydər Əliyev siyasi kursuna bağlılıqda görürlər.
Azərbaycan xalqının böyüklüyü, ilk növbədə, özünün layiqli övladlarının
adlarını həmişə uca saxlamağındadır. Nə qədər ki, Azərbaycan yaşayır, o qədər də
Ulu Öndər Şəxsiyyəti yaşayacaqdır!
Arif Bağırov,
YAP Neftçala rayon təşkilatının
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər