Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir.

2023-07-10 Baxış: 258
img

Qərbin ikiüzlü siyasəti Fransa dövlətinin mövqeyində, konkret elə Fransa prezidenti Emmanuel Makronunun attdığı qeyri-obyektiv addımlarda təzahür edir. Biz bunu Fransada baş verən son iğtişaşlarda dövlətin və onun polislərinin insanlara qarşı zorakı və irqçi münasibətində bir daha müşahidə etdik. Özlərini “demokratiya çarçısı” adlandıranlar demokratiyanı ayaqlar altına atıb tapdaladılar. Prezident İlham Əliyev iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxışında Fransada baş verən son iğtişaşlara və bu ölkənin irqçi və islamafobiya siyasətinə də toxunub: “Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik”.Bu yaxınlarda Fransada 17 yaşlı Əlcəzair əsilli vətəndaş Nahel polislər tərəfindən güllənəndən sonra ölkədə kütləvi iğtişaşlar başlayıb. Nahelin polis tərəfindən güllələnmə anının sosial şəbəkələrdə görüntüsü yayılıb. Bundan sonra Fransada kütləvi etiraz aksiyaları keçirlib. Fransa polisi etirazçılara qarşı insanlığa sığmayan vəhşiliklər törədib. Həmçinin minlərlə insan həbs olunub, kütləvi xəsarət alanlar da var.Bu, Fransa başda olmaqla Qərbin ikiüzlü siyasətinin növbəti göstəricisidir. Hazırda istənilən cəmiyyət belə gərgin vəziyyətə sosial şəbəklərdə azad sözünü və istəyini ifadə edir. Fransa prezidenti Emmanuel Makron məlum açıqlaması ilə demokratiyaya qarşı çıxdığını göstərib. Bu o deməkdir ki, onlar üçün demokratiya yalnız şüarlardan ibarətdir. İnsan faktoru önə gəldikdə isə özlərinin “demokratik addımları”nı işə salırlar. Bu kimi addımlarla artıq Fransa dünyaya pis nümunə olmağa başlayıb. Bununla, belə demək mümkünsə, “Qərbin demokratiyası”na da inam azalıb. Fransa kimi ölkələrin siması dünyaya bəllidir. Bunu Fransanın tarixi keçmişindən və hazırkı islamafobiya mövqeyidən aydın görmək olur.

Elşən Hətəmov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini