Laçın şəhəri cəmi səkkiz ay ərzində tamamilə yenidən quruldu və orada 700-dən çox ailə üçün bu gün şərait var
İyulun 21-23 tarixlərində Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni
Media” mövzusunda Şuşa Qlobal Media Forumu baş tutdu. “Heydər Əliyev İli” çərçivəsində
və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49
ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya
agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60
yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi. Forumda iştirak edən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək jurnalistlərin
suallarını cavablandırıb.
Cənab İlham Əliyev ilk öncə Qarabağ bölgəsində
işğaldan sonrakı bərpa-quruculuq işlərindən, həmçinin Ermənistanla aprılan
danışıqlardan bəhs edərək mövcud situasiyanı dəyərləndirmişdir.
Qarabağın və
Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük Qayıdış Proqramı qəbul
edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər
infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər
təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Yəni, bu, ancaq başlanğıcdır.
Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir.
Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən
qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar - Zəngilan
rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində.
Ancaq bu proses tədricən gedir. İşğaldan əziyyət çəkən
1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Onu da bildirməliyəm,
biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında
qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər,
yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti
müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və
hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində
mümkün olacaq.
Mən Laçın şəhərinin timsalında deyə bilərəm ki, bu
şəhər cəmi səkkiz ay ərzində tamamilə yenidən quruldu və orada 700-dən çox ailə
üçün bu gün şərait var. Həm fərdi evlər, həm çoxmənzilli evlər. Sentyabrın 15-dək
məktəb də hazır olacaq, uşaq bağçası da hazır olacaq, xəstəxana da hazır olacaq
və digər sosial obyektlər də inşa edilir.
Yalçın Səfərov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər