Biz erməni xalqının tarixi mirasına əl dəymirik

2023-07-27 Baxış: 246
img

İyulun 21-23 tarixlərində  Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu baş tutdu. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək jurnalistlərin suallarını cavablandırıb.  İyulun 21-23 tarixlərində  Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu baş tutdu. “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək jurnalistlərin suallarını cavablandırıb.  Cənab İlham Əliyev ilk öncə Qarabağ bölgəsində işğaldan sonrakı bərpa-quruculuq işlərindən, həmçinin Ermənistanla aprılan danışıqlardan bəhs edərək mövcud situasiyanı dəyərləndirmişdir.  

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində bildirmişdi ki Biz erməni xalqının tarixi mirasına əl dəymirik. Bax, burada, Şuşada erməni kilsəsi var. Hər kəs gedib baxa bilər, orada bir daşa da dəyilməyib, əksinə, ora qorunur. Yəni, bizim münasibətimiz budur və biz onlardan törətdikləri əməllərə görə qisas almaq fikrində deyilik.

İlham Əliyev qeyd edib ki, Azərbaycan Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı dəfələrlə öz mövqeyini bildirib və maksimum şəkildə konstruktivlik göstərib."Ancaq bu gün Qarabağda “hakimiyyəti” əlində saxlayan xunta gah özlərinə “prezident” deyir, özlərini “deputat”, “nazir” adlandırır. Bu, gülüş doğurur”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, onlar bu gün orada yaşayan erməniləri girov saxlayırlar".Qarabağdakı ermənilərin nümayəndələri ilə təmasların qurulması üçün xüsusi nümayəndənin təyin edildiyini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, onlar bundan nümayişkaranə şəkildə imtina ediblər.

Dövlət başçısı, həmçinin qeyd edibki, “Bir müddətdən sonra biz növbəti dəfə onları dəvət etdik. Bəlkə də burada hər hansı bir səhv ola bilər deyə, onları növbəti dəfə dəvət etdik. Biz növbəti dəfə etiraz eşitdik, imtina eşitdik. Mən də dedim ki, bundan sonra heç bir dəvət olmayacaqdır”.

 

Zülfəli Muradov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilat sədri