Biz heç vaxt dinc əhaliyə qarşı vuruşmamışıq
Azərbaycan
Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda
Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bir çox məsələlərə toxunmuşdur. Cənab
Prezident indiyə qədər erməni yalanlarından və iftiralarından yorulmuş dünyaya
bir daha bəyan etmişdir. “Mən onu demişdim - hələ müharibə vaxtı və müharibədən
sonra biz qisası döyüş meydanında almalı idik və aldıq, şəhidlərimizin qanını
da döyüş meydanında aldıq. Biz dinc əhaliyə qarşı heç vaxt atəş açmamışıq. Amma
onlar müharibə zamanı bizim dinc şəhərlərimizi “İskəndər”, “Toçka-U”, “Skad”
raketləri ilə atəşə tuturdular. Yüzə yaxın günahsız insan, o cümlədən 12 uşaq
bu namərd atəş nəticəsində həlak olmuşdur”, - deyə dövlətimizin başçısı
vurğulayıb. Bu yaddaşın silinmədiyini, silinməyəcəyini və silinməməli olduğunu
diqqətə çatdıran Prezident bildirib: “Azərbaycan xalqı bunu heç vaxt
unutmamalıdır. Yenə də deyirəm, qisas almaq üçün yox, unutmamalıdır ki, heç
vaxt təkrarlanmasın”.
İkinci Qarabağ Müharibəsində təkcə
ermənilərin yox, erməni faşizminin belinin qırıldığını qeyd edən ölkəmizin
başçısı 30 il ərizndə törədilən vəhşiliklərin, faşist xislətli erməni nasistlərinin
barbarlıqlarının xalqın qan yaddaşında dərin izlər buraxdığını bildirərək bunu
unutmağın, yaddan çıxarmağın mümkün olduğunu bildirmişdir. “Bəlkə bu acı məğlubiyyət,
İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyət onlara dərs olacaq və onlar
oturub fikirləşəcəklər ki, bundan sonra bu bölgədə necə yaşasınlar, öz
günahlarını etiraf edəcəklər, öz cinayətlərini etiraf edəcəklər, cinayətkarları
məsuliyyətə cəlb edəcəklər. Artıq bu proses başlayıb. Ermənistanda əli Azərbaycan
xalqının qanına batmış cəlladlar erməni hakimiyyəti tərəfindən cəzalandırılır.
Bu, ədalətlidir və bunun davamı olmalıdır”, - deyən dövlətimizin başçısı ancaq
bu təqdirdə xalqlar arasında real barışığın ola biləcəyini qeyd edib. Bildirib
ki, sülh müqaviləsi imzalana bilər, ancaq əsas məsələ ondadır ki, ictimai müstəvidə
barışığa doğru addımlar atılsın, onlardan birincisi ermənilərin öz günahlarını
etiraf etməsidir.”
Tarixdən bəllidir ki hər dəfə
onun, bunun təhriki ilə baş qaldırıb amansız qətlləri törədən ermənilər bir
müddət keçəndən sonra burunları əzilir və acınacaqlı duruma düşürlər. Təəssüf
ki, bu vəziyyətdən ibrət dərsi almaq yadlarından çıxır. Lakin indi nə
dünya əvvəlki deyil, nə də Azərbaycan xalqı onların məkrli hiylələrini
aldanacaq qədər sadəlövh deyil. Yalnız və yalnız öz günahlarını etiraf edib
sakit və qanunlara tabe olma şəraitində yaşamağı qəbul edənlər Azərbaycan vətəndaşı
kimi bütün hüquqlardan istifadə edə bilərlər. Əks təqdirdə Azərbaycan xalqı və
dövləti separatizmin də faşizmin də onlara baha başa gələcəyini bir daha göstərə
bilər.
Ölkəmizin başçısının söylədikləri
təkcə ermənilərə deyil, həm də onların havadarlarına yönəlmiş mesajlar idi.
Hamının kifayət qədər düşünmək imkanı var və düşünmək zorundadırlar. Ya bizim təkliflərimizi
qəbul edib dinc şəraitdə yaşamaq, ya da gəldikləri kimi çıxıb getmək zorunda
qalmaq. Hər halda Azərbaycanın dövlət başçısının qəti mövqeyi ağlı başında olan
hər kəsi qəflət yuxusundan oyadacaq qədər aydındır.
Asif Bayramov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər