Multikulturalizmin Azərbaycan modeli
Müasir Azərbaycanda
multikulturalizmin bir siyasət kimi əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev
ölkəmizdə yaşayan milli azlıqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə
həmişə diqqətlə yanaşmış və qayğı göstərmişdir. Ulu öndər Heydər Əliyevin
sədrliyi ilə komissiya tərəfindən layihəsi hazırlanmış və 1995-ci il noyabrın
12-də keçirilmiş referendumda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının
21-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq dövlət əhalinin danışdığı başqa
dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir. Konstitusiyanın 25-ci
maddəsində bərabərlik hüququ, 45-ci maddəsində isə hər kəsin ana dilindən
istifadə hüququ təsbit olunmuşdur. Bu gün Azərbaycanda yaşayan milli azlıqların
nümayəndələri öz ana dillərində sərbəst danışır, bir çox ali və orta
məktəblərdə təhsil alır, onların adət-ənənələrinə hörmətlə yanaşılır.
Azərbaycanda milli azlıqların öz ana dillərində qəzet və kitab vəsaitləri nəşr
edilir, televiziya və radio verilişləri hazırlanır. Ümummilli lider Heydər
Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və
ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıtmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China
Media Group” media korporasiyasına müsahibəsi zamanı bir çox məsələlərə
toxunmuşdur.Müxbirinbiz iki gün əvvəl “Muğam
Klub” restoranında olduq. Gördüklərimiz mənə böyük təəssürat bağışladı. Əlbəttə
ki, qədim Karvansaranı ziyarət etdik. Orada qədim İpək Yolu ilə tanış olduq.
Orada sanki zaman yenidən göz qabağına gəlir və siz tarixi, insanları, ticarəti
və mədəniyyətləri, ənənələri seyr edə bilirsiniz. Çin tərəfinin “Bir kəmər, bir
yol” təşəbbüsünün mədəni dəyərini necə görürsünüz? Bilirəm ki, ölkənizdə qədim
İpək Yolunun bərpasına hələ 1990-cı illərdən çalışırsınız sözlərinə cavab
olaraq Prezident İlham Əliyev "Əlbəttə ki, birmənalı
olaraq, bu, dostluğa əlavə təkan və töhfə verəcək. Qarşılıqlı fəaliyyət
yaranacaq, çünki qədim İpək Yolunda yerləşən ölkələrin xüsusiyyəti, bəlkə də,
oxşarlığı ondan ibarətdir ki, onlar cəmiyyətlərinin müxtəlifliyi, çoxetnik və
çoxkonfessiyalı xarakteri ilə seçilir. Azərbaycan həmin müsbət ssenarinin bir
hissəsidir. Buna görə, Azərbaycanın mədəni irsi, gördüyünüz kimi, dövlətimiz tərəfindən
lazımınca qorunur. Bu, bizim üçün qorunmalı, saxlanılmalı və yeni nəsillərə
ötürülməli sərvətdir ki, onlar da eyni münasibət bəsləsinlər. Biz mədəni
irsimizi əsrlər boyu qoruyub saxlamışıq. Baxmayaraq ki, Azərbaycan uzun müddət
öz dövlətçiliyindən məhrum idi. Biz müstəqil ölkə deyildik. Lakin, eyni
zamanda, biz milli özünəməxsusluğumuzu, dilimizi, ədəbiyyatımızı, musiqimizi və
ənənələrimizi, mədəni irsimizi qoruyub saxlamışıq. Hətta müstəqil olmadığımız
vaxtlarda, bunu bacarmışıq. Beləliklə, dünya irsinin bir hissəsi olan mədəni
irsimizin qorunmasını birmənalı olaraq davam etdirəcəyik. Eyni zamanda, tərəfdaşlarla
bağlantı yaradan bir çox layihələr daha çox səfərlərlə, turistlərlə, ticarətlə,
qarşılıqlı fəaliyyətlə nəticələnəcək. Bunun sayəsində mədəniyyətlərimiz və cəmiyyətlərimiz
daha da zənginləşəcək. Bir sözlə, biz həmin məsələyə belə nöqteyi-nəzərdən
baxırıq. Bəxtimiz çox gətirib ki, Azərbaycan əsrlər boyu və xüsusən də, müstəqillik
dövründə, sözün əsl mənasında, etnik və dini dözümlülüyün, birgəyaşayışın yüksək
standartlarını nümayiş etdirir. Azərbaycanda bütün etnik qruplar bir ailə kimi
yaşayır və bu, bizim ən böyük sərvətlərimizdən biridir. Biz bunları qorumağa
çalışırıq və əminəm ki, bu işin öhdəsindən gələcəyik" deyə qeyd etmişdir.
Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan
modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik
qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır.Multikulturalizm
eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüququnu tanıyan
humanist dünyagöruşu olan siyasət və bir çox fərqli mədəniyyətin bir arada
yaşadığı cəmiyyətdir. Multikulturalizm bir humanist siyasət kimi tolerantlıqla
sıx bağlıdır. Tolerant cəmiyyətdə multikulturalizm müxtəlif mədəniyyətlərin
qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin
formalaşmasına səbəb olur. Azərbaycanda multikulturalizmin müasir vəziyyəti
dünyanın bir çox inkişaf etmiş ölkələrindən üstündür. Bu, Azərbaycan xalqının
milli mentalitetindən irəli gələn adət-ənənələri, qonaqpərvərliyi, dini
dözümlülüyü, tolerantlığı kimi dəyərlərlə xarakterizə olunur.
Gülər Mirzəyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər