Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir

2023-07-31 Baxış: 302
img

Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir;

Zəngin tarixi, milli varlığımızın rəmzi olan Azərbaycan dili böyük inkişaf yolu keçərək dünya dilləri sırasına nüfuz edib. Ölkəmizdə ana dilimizin inkişafı, qorunub saxlanması, saflığı, zənginləşməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Xüsusi qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin edildiyi vaxtdan ana dilimiz – Azərbaycan dili sanki öz mühafizəçisini tapdı. Məhz Ulu Öndər ünsiyyət vasitəsi olan dilimizi – Azərbaycan dilini dövlət dilinə çevirdi. SSRİ dövründə onun tərkibində olan müttəfiq respublikaların ana dillərinin dövlət dili kimi statusuna, tətbiqinə müəyyən qadağalar qoyulmuşdu. Lakin ümummilli lider Heydər Əliyev öz ana dilini, millətini, Vətənini sevən bir rəhbər kimi bu qadağaları sındıraraq rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyini təmin etdi. Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, mənşəyinin müəyyənləşdirilməsi, zənginləşdirilməsi, yad ifadələrdən təmizlənməsi Ulu Öndərin həyat amalı idi və onun səyi, beynəlxalq aləmdə nüfuzu sayəsində Azərbaycan dili çox geniş dairələrdə keçirilən rəsmi görüşlərdə, Avropa Şurasının, Birləşmiş Millətlər Təşkilatının mötəbər tədbirlərində səslənməyə başlandı. Hələ SSRİ dövründə Azərbaycan dilində bir çox mətbu orqanlar yarandı, böyük əhəmiyyət kəsb edən çoxcildli “Müasir Azərbaycan dili” kitablarının akademik nəşrləri işıq üzü gördü.

Ümummilli Liderin 2001-ci il 18 iyun tarixli Fərmanına əsasən həmin il avqustun 1-dən ölkəmizdə latın qrafikasına tam keçidin təmin edilməsi bütün sahələrdə bu istiqamətdə əhəmiyyətli işlər görülməsinə səbəb oldu. Ulu Öndərin 2001-ci il avqustun 9-da imzaladığı Fərmanla isə avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. 2002-ci il sentyabrın 30-da isə dünya miqyaslı siyasətçi Heydər Əliyev “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanunu imzaladı. Bu, milli sərvətimiz olan Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə, onun tətbiqinə, inkişaf etdirilməsinə, saflığının qorunmasına münbit şərait yaradılmasına səbəb olan tarixi sənəddir. Ana dilimizin qorunub saxlanılmasına, istər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunmasına, inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə, təbliğ olunmasına yönələn dil siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir. Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərin qürur və sevinci¬ni yaşadığımız günlərdə – 6 yanvar 2021-ci ildə Azərbaycan Respublikası¬nın Prezidenti cənab İlham Əliyev tədbirlərin birində çıxış edərkən Azərbaycan dilinin dövlət statusunun ən yüksək səviyyədə təmin edilməsi ilə bağlı səsləndirdiyi ali tələbkarlıq bütün cəmiyyəti ana dilimizə yüksək sayğı ilə yanaşmağa növbəti çağırış kimi səsləndi. Ölkə Prezidenti bu tədbirdə öncə Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyətinin qürur mənbəyi olduğunu və mədəni irsimizi qorumağın vacibliyini diqqətə çatdırdı, sonra isə çıxışının müəyyən bir hissəsini ana dilimizin saflğının qorunması və inkişaf etdirilməsinə həsr etdi.

Cənab İlham Əliyev dilimizə bö¬yük sevgi, diqqət və qayğısının bariz ifadəsi olaraq bildirdi: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Dövlət başçısı ana dilimizin zənginliyi baxımından dünya dilləri sıra¬sında xüsusi yeri olduğunu da vurğuladı: “Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri sırasında xüsusi yeri vardır”. Dövlət başçısı İlham Əliyev çıxışının  sonunda dünyada 50 milyondan çox insan üçün Azərbaycan dilinin ana dili olduğunu da ayrıca olaraq vurğuladı.

 

Mehdi Miriyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri