Ölkə başçısı cənab İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlər Ermənistan, onların havadarları, həm də bütövlükdə Qarabağ erməniləri üçün ciddi mesaj idi.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin “Euronews” telekanalına müsahibəsi dünyanın diqqətini çəkməklə geniş
müzakirələrə səbəb olmuşdur. Belə ki, Ölkə başçısının regional münasibətlər,
Qarabağ ermənilərinə çağırışı, sülh gündəliyi ilə bağlı səsləndirdiyi
fikirlər kifayət qədər maraqlı və aydın idi. Qeyd edək ki, cənab İlham Əliyev dəfələrlə Ermənistan və
onların havadarlarına mesajlar verib. Xüsusilə müharibədən sonra regionda
münasibətlərin normalllaşdırılmasının
vacibliyini önə çəkib. Bəli, bu gün Cənubi Qafqaz regionunda ictimai
münasibətlər sisteminin normallaşdırılması üçün uzunmüddətli sülhə ehtiyac
vardır. Hələ Vətən Müharibəsinə qədər Azərbaycan 30 il ərzində də sülhlə
bağlı mövqeyini ifadə edib. Ölkəmiz heç zaman bölgədə müharibə və gərginliyin
olmasını istəməyib və bunu
da açıq bəyan edib. Lakin havadarlarının köməyinə
arxalanan qonşularımız heç zaman vəziyyəti düzgün qiymətləndirməyib. Cənab
Prezident “Euronews" kanalına sonuncu müsahibəsində də ölkəmizin sülhə
sadiqliyini, eləcə də dövlətin sülhə olan münasibətini beynəlxalq ictimaiyyətin
diqqətinə növbəti dəfə çatdırdı. Əlbəttə ki, Erməni tərəfi bütün səslənən
fikirlərdən nəticə çıxaracaqsa, mühüm razılaşmalara nail olmaq olar. Ölkə
başçısı müsahibəsində Qarabağ erməniləri ilə bağlı da mövqeyini ortaya qoydu. Xüsusi
vurğulandı ki, bu gün Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərində
minlərlə erməni əsilli vətəndaşı yaşayır və Azərbaycan hər zaman erməni əsilli
vətəndaşlarına sahib çıxıb. Lakin qarşı tərəf heç vaxt buna imkan yaratmayıb.
Cənab İlham Əliyev Qrabağ ermənilərinin də Azərbaycanın digər etnik kimlikdən
olan vətəndaşları ilə eyni formada, qanunlarımız çərçivəsində yaşaya
biləcəklərini xüsusi vurğuladı. Ölkə başçısının bu müraciətlərini Qarabağda yaşayan
və ağılla düşünə bilən və separatçıların girovluğundan əziyyət çəkən erməni
əsilli vətəndaşlarımız üçün açıq çağırış hesab etmək olar. Bilirik ki, müxtəlif
vasitələrlə Qarabağ ermənilərinin Azərbaycana can atan nümayəndələri var. O da
aydındır ki,dəcə bu gün Xankəndində və xaricdə oturan separatçı-terrorçu xunta
rejimi və onların hamiləri insanları çox ciddi şəkildə sıxışdırırlar. Hər halda
Ölkə Prezidenti cənab İlham Əliyevin müsahibəsi həm Ermənistan, onların havadarları,
həm də bütövlükdə Qarabağ erməniləri üçün ciddi mesaj idi.
Həbulla
Rəhimov;
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər