“Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq

2023-09-04 Baxış: 234
img

2022- ci il İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi ilə tanış olub.

Layihə barədə məlumat verilərkən bildirildi ki, işğaldan azad olunmuş ərazilər həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngindir. Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz bu ərazilərin payına düşür. Başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. Artıq bu sahədə müvafiq tədqiqatlar aparılıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir.

Qeyd edildi ki, “Həkəriçay” su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur. Magistral üzərində nasos stansiyalarının tikilməsi ilə nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsi planlaşdırılır. Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq.

Dövlət başçısının Laçına hər səfəri bir tarixdir. Hər səfər Laçının dirçəlişidir və yenidən qurulmasında mühüm töhfədir.

Məhz Prezident İlham Əliyevin diplomatik zəfərinin nəticəsində Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətə malik rayonlarımız bir güllə atılmadan azad edildi. Bu gün bütün təqvimimizə işğal günlərini zəfər günləri əvəzləyib və tarixi ərazilərimizin azad olunması günü təmtəraqla qeyd edirik.

“Düşmənin təslimçilik şərtləri altında azad olunmuş Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram şənliyi bu tədbirlərin başlanğıcı idi. Bir zamanlar Taxtakörpüdə doğum günündə məcburi köçkünlərlə görüşən Prezident İlham Əliyev bu gün Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış edir, hər birimiz qürurlu anlar yaşayırıq. Ölkəmizin başçısı yenidən azad olunmuş ərazilərimizdə, xalqın önündədir.

Prezidentin bütün səfərlərində olduğu kimi, Laçına son səfəri zamanı da bir çox mühüm obyektlərin açılışı və təməlqoyma mərasimi bu torpaqların əzəli sakinlərinə bayram ovqatı yaşadır. İşğal dövründə düşmənin xarabalığa çevrirdiyi Laçın və bütövlükdə Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri aparılır. Bu bölgədə artıq minlərlə ailələr yaşayır və doğma yurdlarında yeni evlərə köçürülmüş vətəndaşlarımız bu böyük xoşbəxtliyi yaşayır. Prezidentin Laçına səfəri zamanı sakinlər qarşısında çıxışında verdiyi siyasi mesajlar da bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdi. 

Eldəniz Muradov,

YAP Neftçala rayon təşkilatınnı fəal üzvü