Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına səfərləri: 26.06.2022 “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2022- ci il iyunun 26-da Laçın rayonunda 110 kV-luq “Qorçu”
elektrik yarımstansiyasında görülən işlərlə tanış olub.
Görülən işlər barədə məlumat
verildi ki, Laçın rayonunun Azərbaycanın
ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə
təchiz edilməsi üçün ötən il istismara verilən “Kəlbəcər” yarımstansiyasından
Laçının Qorçu kəndinə 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq
yüksəkgərginlikli ötürücü xətt çəkilir.
Bəzi yerlərdə 2200 metr yüksəklikdən,
dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və yolsuzluq şəraitində çəkilən
ötürücü xətt üzrə hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr
olan 250-yə qədər anker və aralıq dayaq basdırılır.
Yüksəkgərginlikli xəttin üzərindəki
ildırımötürücü funksiyalı 24 damarlı fiber-optik kabellə internet xətti çəkilir
ki, bu da enerjisistemin idarə olunmasında siqnalların etibarlı şəkildə ötürülməsini
təmin edəcək.
Paralel olaraq Laçın
rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10
kilovoltluq rəqəmsal yarımstansiya tikilir.
Sistem əhəmiyyətli “Qorçu”
yarımstansiyasında idarəetmə mərkəzi, açıq və qapalı paylayıcı qurğular
yaradılır. Yarımstansiyanın ərazisində işçi heyət üçün yataqxana binası
tikilir, lazımi şərait yaradılır.
Qeyd edək ki,
yarımstansiyanın yaxınlığında hava limanı tikilir və Qorçu kəndi mərkəz
olmaqla, burada 7 kəndi birləşdirən yaşayış massivinin inşası planlaşdırılır.
Yeni yarımstansiya Laçın
hava limanını, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə bölgədə inşa
olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Perspektivdə Laçın dəhlizində
110 kV-luq “Laçın Şəhər” və “Zabux” yarımstansiyalarını tikməklə, Qorçudan
Laçın şəhərinə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkiləcək və Laçın
şəhərindən 110 kV-luq yeni xətt çəkilməklə “Şuşa” yarımstansiyası ilə əlaqələndiriləcək.
Ən əsası odur ki, Laçın şəhərindən
Güləbird istiqamətində “Qubadlı” yarımstansiyasına ikidövrəli 110 kV-luq
elektrik verilişi xətti çəkilməklə enerjisistem üçün mühüm əhəmiyyəti olan və
regionun enerji dayanıqlılığını təmin edən dairəvi elektrik təchizat sxemi
yaradılacaq.
İşğaldan azad edilmiş ərazilərimizdə
aparılan quruculuq, bərpa-yenidənqurma işlərinin möhtəşəm vüsəti və əhatəliliyi
beynəlxalq aləmi heyran qoymaqdadır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir
texnologiyaların tətbiqi ilə genişmiqyaslı hərbi əməliyyatlar aparmaqla işğalda
olan doğma torpaqlarımızı işğaldan azad etdiyi kimi, bu gün də Azərbaycan
xalqı ölkə başçısının rəhbərliyi ilə həmin torpaqların yenidən dirçəldilməsi
üçün möhtəşəm layihələr həyata keçirməkdədir. Dövlət başçısının azad edilmiş ərazilərə
hər səfəri zamanı bir daha bütün dünyaya nümayiş olunur ki, torpaq üzərində
sahiblik haqqının meyarı onun xaincəsinə işğalı deyil, bu torpaq üzərində
qurub-yaratmaq əzmidir.
Prezident İlham Əliyevin
bölgələrə etdiyi səfərlər bu ərazilərdə aparılan işlərin intensivliyini
stimullaşdıran əsas amildir.
Ölkə rəhbərinin hər bir layihənin icrasını xüsusi diqqətində
saxlaması işlərin yüksək effektivliyini təmin edir. Bu faktı Laçın rayonunda
aparılan bərpa- quruculuq işlərinə xüsusi şamil etmək olar.
Bibixanım Quliyeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər