“Dəmir Yumruq” hər an yerindədir!
Vətən
Müharibəsinin sonunda, 2020-ci ilin 10 noyabr tarixində imzalanan Üçtərəfli
bəyanatla Azərbaycan işğalçı Ermənistan üzərində tarixi qələbəsini təmin
etməklə paralel, həm də ərazilərimizin 30 illik işğalına son qoydu. Bəyanatın
imzalanmasından üç ilə yaxın keçməsinə baxmayaraq bəyanatda əksini tapan
maddələrin icrası yönümündə Ölkəmiz əhəmiyyətli addımlar atsa da məğlub tərəf
olan Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində həllüdici
addımlar atmaqdan yayındı. Xarici havadarlarının, erməni lobbisinin dəstəyinə
güvənən rəsmi İrəvan hər vasitə ilə məsələnin həllini uzatmağa çalışdı. Hərçənd
ki, düşmənin bu cür davranışının otuz ilə yaxın şahidi olmuşuq. Eyni zamanda
əks cəbhədə sarsıdıcı məğlubiyyətə baxmayaraq revanşizm meyllərinin güclənməsi
region üçün əlavə narahatlıqlar yaratdı. Hər zaman olduğu kimi hər bir məqamı
diqqətlə və səbrlə izləyən rəsmi Bakı bu dəfə də zamanında və məqamında qərar
verdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev postmüharibə dövründə demək
olar ki, bütün çıxışlarında, bəyanatlarında Ermənistanı sülhə dəvət edir, o
cümlədən onları düşmənçiliyi kənara qoyaraq revanşist ideyalardan uzaqlaşmağa
çağırırdı. Ölkə rəhbəri, həm də bəyan edirdi ki, “Dəmir Yumruq” hər an
yerindədir. Bəli, Ermənistanın xüsusilə son zamanlar atdığı düşünülməmiş
addımlar regionda mövcud olan sabitliyə ciddi təhlükə törədirdi. Ən
narahatedici məqam isə Ermənistanın ötən üç il ərzində Azərbaycanın ərazisində
olan silahli birləşmələrinin çıxarılması prosesini icra etməməsi idi. Dövlətimiz tərəfindən görülən ən yüksək hüquqi
və beynəlxalq tədbirlərə rəğmən düşmənin üzərinə götürdüyü bu missiyanın
icrasında maraqlı olmaması Azərbaycanı adekvat tədbirlər görməyə vadar etdi.
Xüsusilə düşmənin son vaxtlar hüquqi ərazilərimizdə xəyanətkarcasına həyata
keçirdiyi terror aktları demək olar ki, onların sonunu gətirdi. Üç il əvvəl
Şanlı ordumuzun gücünü görmüş düşmənin aqibəti bu dəfə daha qısa zamanda, dəqiq desək 24 saatdan da
az müddətdə müəyyən olundu. Onların təslim olmaqdan, ağ bayraq qaldırmaqdan
başqa çarələri qalmadı. Əlbəttə bütün bu nailiyyətlər Azərbaycanın Ölkə başçısı
antiterror əməliyyatlarının dayandırılmasından, növbəti tarixi Zəfərdən sonra xalqımıza
müraciəti zamanı bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan xalqı,
Azərbaycan dövləti heç bir təhdiddən, heç bir sanksiyadan qorxmur və çəkinmir.
Yarana biləcək hər hansı bir problemin həlli üçün beynəlxalq hüquq çərçivəsində istənilən
addımı atmağa hazırdır.
Cəmaləddin Əsədov;
Neftçala rayon sakini, Şəhid atası
Digər xəbərlər