Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub.

2023-10-05 Baxış: 320
img
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və aparat işçiləri, ŞSRTİ-nin Neftçala rayonu üzrə Təhsil sektorun müdiri Nicat Cəfərov və sektor əməkdaşları, ümumtəhsil məktəblərinin pedaqoji kollektivi, eləcə də təqaüddə olan təhsil işçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, konstitusiya quruluşu uğurunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
İlk olaraq çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edib, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın təhsilə diqqətlərini, müəllimlik peşəsinə verdikləri dəyəri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Neftçala təhsilinin uğurlarına toxunan Ülvi Fərzəliyev əldə olunan yüksək nəticələrə görə müəllimlərə öz təşəkkürünü bildirib, rayonumuzda tikilən, əsaslı təmir olunan məktəblərin imkanlarını yüksək qiymətləndirib.
Daha sonra çıxış edən pedoqoqlar - təqaüdçü Salman Abdullayev, şəhid bacısı Sevil Məmmədli, Vətən müharibəsi iştirakçısı Vüqar Qələşov, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi Günay Nağıyeva və MİQ imtahanında ən yüksək nəticə göstərən Nazilə Əhmədli təhsilə dövlət qayğısından bəhs edib, tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir ŞSRMİ-nin Neftçala rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi milli-vətənpərvərlik ruhunda konsert proqramı ilə davam edib.
Sonda YAP Neftçala rayon təşkilatı tərəfindən bir qrup müəllim Fəxri Fərmanla təltif olunub. Eyni zamanda partiyaya yeni üzv olan müəllimlərə vəsiqələr təqdim edilib.