Qafqazda sülh üçün vaxt yetişib.
2 oktyabr tarixində 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilib.
Konqresin açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev bildirdi ki, əlli ildən sonra Konqres yenidən Bakıda keçirilir: “1973-cü
ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq
Astronavtika Konqresi keçirilmişdir”. Dövlət
başçısı onu da vurğuladı ki, Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik
sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun
müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim
gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.
Azərbaycanın niyyəti
sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.
2023-cü il 20 sentyabr tarixində Prezident İlham Əliyevin xalqa müraciətində
deyildiyi kimi, Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və
ədalətlidir. Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur
hissi keçirir. Azərbaycanın fikrincə, 2020-ci ildə Qarabağ uğrunda müharibə qalib
gəldikdən sonra Azərbaycan hakimiyyəti Qarabağ problemini, o cümlədən Qarabağ
ermənilərinin regionda məskunlaşması ilə bağlı bütün məsələləri özünün daxili
məsələsi hesab edir. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq
öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən,
onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar,
korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub
bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar
Cənubi Qafqaz rahat nəfəs alsın.
74-cü Beynəlxalq Astronavtika Konqresində açılış mərasimində çıxışı
zamanı da Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd
etdi ki, “gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın
qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir. Əfsuslar olsun ki, işğala
son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı
nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının
ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə
qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri
insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi beynəlxalq
təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə
sıfır oldu və Azərbaycan
cəmiyyətində tam məyusluq və narazılıq yaratdı . Ərazi bütövlüyünün və
suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla
üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və
beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu,
bizim gündəliyimizdir. Sabitlik amili ölkəmizin
davamlı inkişafını təmin edəcək əsas hədəfimizdir. Siyasi, iqtisadi və sosial
sabitlik inkişafımızın mühüm meyarıdır, çünki əgər vəziyyət sabit və
proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına
atmasını gözləmək olmaz. Gənc ölkə olan Müstəqil Azərbaycanın hədəfləri daha güclü
gələcək üçün çalışmaqdır deyə dövlətimizin başçısı bildirmişdir.
Fuad Əliyev,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər