Müstəqillik tariximizin ən parlaq səhifəsi.
“İkinci Qarabağ müharibəsi bizim
şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı
Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa
etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa
etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər
xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz
bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.”
Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı
Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində
gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan
Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün
bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər
Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin
hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını
işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin
qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz.
44 günlük Vətən savaşının bir günü bəlkə də hər birimiz üçün 1 il qədər gərgin
və həyəcanlı keçdi. Çünki Azərbaycan xalqının adına yazılmış ləkəni Azərbaycan
oğulları döyüş meydanında qanı, canı bahasına təmizləyirdi. Bu ləkə adımızdan
da, alnımızdan da, şərəfimizdən də yuyulub getdi. Bunu bizə bəxş edən Rəşadətli
Ordumuza və Müzəffər Ali Baş Komandana eşq olsun, - deyirik!
Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində
son qoyuldu. Məhz həmin gün tarixi qələbəmizin başlandığı gündür. Xalqımız
inanırdı ki, bu gün gələcək. Çünki bir milyondan çox azərbaycanlı 30 il ərzində
öz yurd-yuvasından ayrı düşərək qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur
olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi
ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı
illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu
tərəfindən işğal edilmiş əraziləri azad etməyə başladı. İkinci Qarabağ
müharibəsi 30 ilə yaxın gözlədiyimiz tarixi ədaləti bərpa etdi. Beləcə, 27
sentyabrda tarixə II Qarabağ müharibəsi, Vətən müharibəsi, “Dəmir yumruq
əməliyyatı” adları ilə daxil olan əzəli və tarixi torpaqlarımızın azadlığı
uğrunda 44 günlük mübarizəmiz başlamış oldu.
Müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş
etdirərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdi.
Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər.
Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri
qaytararaq düşmən üzərində parlaq zəfər qazandı.
Bəli, 44 gün davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun gücünü
göstərərək ölkəmizin qələbəsi ilə başa çatmışdır. Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhəri Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildikdən
dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və
Rusiya Prezidenti tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi
əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı və sonunda
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Ermənistan isə kapitulyasiyaya
məcbur edildi.
Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər
xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər
Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın
“dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır.
Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın
qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş
etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar
özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Səmədağa Hümbətov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər