Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.
Müstəqil Dövlətlər Birliyi
(MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı, bərabərhüquqlu və faydalı əməkdaşlığa
xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti
mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar
sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Hal-hazırda
MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar
olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.
MDB ilə bağlı gözləntilərin
tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını
davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olması
bütün məqsədlərə çatmağa gətirib çıxarmasa da, Ermənistanın müəyyən planlarının
qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan
MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox
sənədlərinə Ermənistan amilini nəzərə alaraq arasında mövcud olmuş münaqişəyə
görə veto qoya bilmişdir. Xüsusilə təhlükəsizlik sisteminin yaradılması
məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli
siyasi niyyətlərini cilovlamağa imkan vermişdir. Azərbaycan MDB çərçivəsində
inteqrasiyanın respublikaların müstəqilliyini məhdudlaşdıra biləcək şəkildə
getməsinə mane olmuş, mane ola bilmədiyi proseslərdən isə özünü kənarda
saxlamağı bacarmışdır.
Azərbaycan Respublikası MDB
iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə
üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində
siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər
üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında
dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.
Zülfəli
Muradov,
YAP
Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilatının sədri
Digər xəbərlər