İdman və incəsənət sahəsində respublika və beynəlxalq nəticələr əldə edən yeniyetmələrlə görüş keçirilib.

2023-11-11 Baxış: 268
img
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının inzibati binasında boks, voleybol idman növləri, vokal və fortepiano ifaçılığı üzrə yüksək nəticə əldə edən yeniyetmələrlə görüş keçirilib.
Görüşdə Litvada keçirilən "World Harmony" 5-ci beynəlxalq müsabiqəsinin laureatları - vokal ifaçısı Esmira Hüseynova, fortepiano ifaçısı Vüsal Sultanlı, 2006-2007-ci il təvəllüdlü gənclər arasında boks üzrə Azərbaycan birinciliyinin bürünc medalçısı Ülvü Həbibov, qızlardan ibarət komandalar arasında voleybol üzrə açıq region birinciliyində II yerə yüksəlmiş Zenfira Quluzadənin kapitanı olduğu komanda və onların müəllimləri iştirak edib.
Çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev qazanılan inamlı qələbələr münasibətilə yeniyetmələri və onların müəllimlərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Səmimi qəbula görə təşəkkür edən görüş iştirakçıları keçirilən yarış və müsabiqələrdən, gələcək planlarından bəhs edib, onları maraqlandıran sualları ünvanlayıblar.
Sonda yüksək nəticə əldə edən yeniyetmələrə müxtəlif hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.