Neftçala rayonunun Kürkənd və Qaraqaşlı kəndlərində seçicilərlə görüş keçirilib.

2024-01-19 Baxış: 205
img
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Neftçala rayonunun Kürkənd, Qaraqaşlı, Cəngən, Beştalı, Şorkənd və Ərəbqardaşbəyli kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Əbülfəz Ağayev, Valeh Tağıyev, Gülqədəm Mirzəzadə Şərabanı Ağalarova və Vətən müharibəsi qazisi Yusif Abdullayev çıxış ediblər. Natiqlər çıxışlarında cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolundan, qalib Liderin həyata keçirdiyi daxili və xarici siyasətin strateji hədəflərindən və onun nəticələrindən danışıblar. Diqqətə çatdırılıb ki, ölkəmizdə bütün vətəndaşların sosial rifahının yüksəldilməsi, o cümlədən, aztəminatlı insanların həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün mühüm addımlar atılıb.
Vurğulanıb ki, son illər bütün istiqamətlərdə əldə olunmuş böyük uğurlar, xüsusilə güclü xalq-Prezident-ordu birliyinə, həmrəyliyə arxalalanan və ölkəmizin təhlükəsizliyi və sabitlik naminə müdrikcəsinə “nəyi nə zaman, necə etməyi” dəqiq hesablamağı bacaran Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyününün bərpa edilməsi ilə nəticələnmiş tarixi Zəfər prezident seçkilərinin keçirilməsinin labüdlüyünün sübutdur.
Çıxış edənlər qarşıdakı prezident seçkilərinin Azərbaycan tarixi üçün əlamətdar olduğunu qeyd ediblər. Azərbaycan xalqı yüksək seçki mədəniyyətinə, ən doğru seçim etmək bacarığına malik bir xalq olduğunu Zəfər seçkilərində də sübuta yetirəcək.
Seçicilər də öz növbəsində Prezident İlham Əliyevə səs verəcəklərini, onu dəstəkləməkdən böyük qürur duyduqlarını bildiriblər.