Neftçalada 9 May Qələbə Günü qeyd olunub.
09.05.2019.
Mayın 9-da Neftçala rayonunda Böyük Vətən Müharibəsi qələbəsinin 74-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
MAYAKİNFO xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə-müəssisə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Rayon İcra Hakimiyytəinin başçısı İsmayıl Vəliyev müharibə veteranları, həmin dövrdə arxa cəbhədə çalışanlar və o günlərin canlı şahidləri ilə görüşərək onları bayram münasibətilə təbrik edib. Daha sonra rayon rəhbəri Xatirə kompleksindəki abidənin önünə gül dəstəsi qoyub və müharibədə həlak olmuş azərbaycanlıların xatirsənə dərin ehtiramını bildirib.
Mərasim iştirakçıları və ictimaiyyət nümayəndələri də abidənin önünə gül dəstələri düzüblər.
Qeyd edək ki, Böyük Vətən Müharibəsində Neftçala rayonundan 3787 nəfər iştirak etmişdir. Onlardan 1302 nəfər geri qayıtmamışdır. 251 nəfər döyüş hünərlərinə görə müxtəlif orden və medallarla təltif olunmuş, 3 nəfər isə ( Ağaşirin Cəfərov, Əlif Piriyev və İvan Ostopenko) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Digər xəbərlər