Neftçalada 58 mindən çox rayon sakini tibbi müayinədən keçib.

2019-05-12 Baxış: 689
img

12.05.2019

Prezident İlham Əliyevin tapşırığına əsasən hər il olduğu kimi bu il də Neftçala rayonunda 11 fevral - 1 may tarixlərində  əhalinin kütləvi tibbi müayinəsi həyata keçirilmişdir.

MAYAKİNFO xəbər verir ki , rayonun 52 yaşayış məntəqəsində müayinələri həyata keçirmək üçün 1 mərkəz olmaqla 5 həkim briqadası yaradılmışdır. Müayinəyə cəlb olunan 58234 nəfərdən 55899 nəfərinə sağlam diaqnozu qoyulmuş, 2289 nəfəri ambulator, 31 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 14 nəfəri ixtisaslaşmış tibb müəssisələrinə göndərilmiş, 1 nəfərin isə üzərində cərahiyyə əməliyyatı aparılmışdır. Müayinələrdə ümumilikdə rayonun 80 təşkilatının kollektivi iştirak etmişdir.