Neftçalada 15 İyun – Milli Qurtuluş Günü münasibətilə intellektual yarış keçirilib.
2024-06-21
Baxış: 256
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılğı ilə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Neftçala rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu formatında rayon birinciliyi keçirilib.
Yarışda ilk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının konstitusiya quruluşu, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra təşkilatçı qurum rəhbərləri - Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov çıxış edərək, yarışın məqsədlərindən danışıb, komandalara uğurlar arzulayıblar.
18 komandanın birincilik uğrunda mübarizə apardığı intellektual yarış hər turda 12 sual olmaqla, 3 turda təşkil olunub. Yarışda komandalara ümumi bilik və dünyagörüşünü əhatə edən 36 sual təqdim edilib.
Gərgin keçən mübarizənin yekununda Neftçala Rayon İcra Hakimiyyətinin "Zəfər" komandası I yerdə, Nefçala Rayon Təhsil Sektorunun "Zəngəzur" komandası II yerdə, Neftçala şəhər 3 saylı tam orta məktəbin "Zəfər yolu" komandası isə III yerdə qərarlaşıb.
Qalib komandalar təşkilatçı qurumlar tərəfindən kubok, diplom və medallarla təltif olunublar.
×
Digər xəbərlər
2021-11-04
2023-04-18