Əməkdaşlığın şaxələnməsi
Azərbaycan
son illər beynəlxalq arenadakı uğurlarını yüksələn xəttlə inkişaf etdirməyə
davam edir. Uzun illər ərazi bütovlüyümüzü təmin edə bimək üçün mübarizə
apardıq. Ancaq böyük güclərin bu məsələyə qeyri-səmimi münasibəti Azərbaycan
hakimiyyətini vəziyyəti tamamilə öz nəzarətinə götürməyə vadar etdi. Bu mərhələdə
xalqımızın və hakimiyyətin tək amalı ərazi bütölüyümüzü tam təmin etmək
idi. Əsas vacib məqam xalqın öz liderini yəni, Cənab İham Əliyevi tam dəstəkləməsi
və onun ətrafında “Dəmir Yumruq” kimi birləşməsi oldu. Nəticədə Azərbaycan
bütün dünyaya öz yenilməzliyini əyani olaraq sübut etdi. Dövlətimiz qlobal
dünyada haqlı mövqeyini, statusunu təsdiq etdi. Sübut etdi ki, Azərbaycan
hec vaxt bir qarış torpağını belə güzəşt etməyəcək. Qalibiyyətlə
yekunlaşan müharibədə əvvəldən, sona qədər Azərbaycanın yanında olan dövlətlər, xalqımızı
dərin sevgisini qazanmış oldu. Bir daha Prezident İlham Əliyevin apardığı
xarici siyasətin nə qədər uğurlu olduğu öz təsdiqini tapdı. Doğru
seçilmiş tərəfdaş, qardaş dövlətlər bizi tək qoymadı. Təbii ki,
hamının bildiyi kimi bu qardaş ölkələrdən biri Pakistan idi.
Pakistan
ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq
məsələdə bir-birini dəstəkləyir. Gün keçdikcə Azərbaycana gələn pakistanlıların
sayı artmaqdadır. Güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə
iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulur. Öncəlik təşkil edən vacib məqam ticarət
əlaqlərinin genişlənməsidir. Hazırda ticarət, sərmayələr, sənaye, energetika,
daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrdə praktik işlər
aparılır. Prezident İlham Əliyevin Pakistana səfəri qarşılıqlı münasibətlərin
inkişafını yeni mərhələyə çıxardacaq. Pakistanla əlaqələrin inkişafına
xüsusi önəm verən İlham Əliyev ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı
inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bir çox
vacib sənədlərin imzalandığı bu görüşlərdə Azərbaycan regiondakı mövqeyini daha
da gücləndirəcək. Son illərdə bir çox beynəlxalq əhəmiyyətli görüşlərin
Bakıda keçirilməsi bizim düzgün inkişaf yolunda olduğumuzu göstərir. Artıq
dünya dəyişir. Azərbaycan yeni dünya nizamında ozünə güclü mövqe qazanmaq
üçün bütün gücünü səfərbər edir. Bu çətin işdə biz Prezidentimiz Cənab İlham
Əliyevə sonsuz dəstəyimizi nümayiş etdirməyə həmişə hazırıq!
Fərid Qasımov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər