Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub.
Prezident İlham Əliyevin cari ilin 23 avqust tarixində
Özbəkistanda olduğu səfəri zamanı keçirilən biznes-forumu layihələrlə çox
zəngin olub. 20 istiqamət üzrə irəli sürülmüş yeni təşəbbüslər əməkdaşlıq
əlaqələri daha zəngin edəcəkdir.Biznes strukturları siyasi konyunkturaya çox
həssas reaksiya verir. İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən
yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş
adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq
edən ən vacib amillərdən biridir.Münbit investisiya mühiti. Özbək investorları
üçün Azərbaycanda işləmək, sərmayə qoymaq da əlverişli və faydalı olacaq.
İnvestisiya proqramları. İnvestisiya proqramları müəyyən olunmuş sahələr:
sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik,
bağçılıq), turizm biznesi, mehmanxana biznesidir;Biznes layihələrinin
informasiya dəstəyi. Azərbaycanda Özbəkistanda baş verənlərlə bağlı və hansı
böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha
çox informasiya olmalıdır.
Prezident İlham Əliyevin son iki ildə Özbəkistana beş
səfəri olmuşdur.Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin
imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil,
güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici
siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox
hallarda regional siyasəti müəyyən edəcək.Mühüm geosiyasi amil. Bu gün Mərkəzi
Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və
regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli
əməkdaşlıqdan asılıdır.Qardaş dəstəyi. Biz həmişə - istər işğal, istərsə də
İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini
hiss etmişik.Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi
dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib.
Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün
nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl
münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda
həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı oldu. Təxminən 30 il
ərzində bizim üçün bir nömrəli məsələ işğal olunmuş ərazilərin azad olunması
idi. Azərbaycan xalqının tarixi nailiyyəti ərazi bütövlüyünün bərpası və sonra
ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsidir.Birgə İnvestisiya
Fondu. Birgə İnvestisiya Fondunun kapitalını artırmaq üçün layihələrə 500
milyon dollar ayrılıb.
Arif Bağırov,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədri
Digər xəbərlər