"Gənc Kimyaçılar" layihəsi çərçivəsində ekskursiyalar təşkil olunub.

2024-09-11 Baxış: 278
img
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı reallaşdır-2023” fərdi qrant müsabiqəsinin qalibi Anar Güllərli Sahib oğlu tərəfindən icra olun “Gənc Kimyaçılar!” adlı layihə çərçivəsində 9, 13 avqust tarixlərində Sumqayıt şəhərində və 9 sentyabr tarixində Neftçala rayonunda seminar və ekskursiyalar təşkil olunub.

Tədbirlər də çıxış edən layihə rəhbəri Anar Güllərli layihənin məqsəd və vəzifələri haqqında gənclərə məlumat verib. O, Azərbaycan Gənclər Fondunun layihəyə verdiyi maliyyə dəstəyinə görə gənclər adından təşəkkürünü də bildirib və iştirakçı olan gənclərin də gələcəkdə Fondun qrant müsabiqələrində iştirakını onlar üçün uğurlu addım kimi diqqətə çatdırıb.
Layihə çərçivəsində ilk seminar 9 avqust tarixində Sumqayıt Dövlət Universitetində keçirilb. Seminarı Sumqayıt Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq, layihənin gənclər üçün əhəmiyyətini vurğuladı. Seminarda Sumqayıt Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru dosent Elşad Abdullayev “ Kimya fənninin tədrisində müasir yanaşmalar və qarşılaşılan problemlər “ mövzusunda çıxış etdi. Daha sonra isə Sabah kurslarının kimya müəllimi Amil Cəfərov “ Şagirdlərin kimya fənnini öyrənməkdə çətinlikləri “ mövzusunda çıxış etdi. Seminar sual-cavab və müzakirələrlə davam etdi. Layihəmizin proqramına uyğun olaraq 13 avqust tarixində “ STP Polymer “ MMC-yə ekskursiya təşkil olundu. “ STP Polymer “ MMC-nin direktoru Nazim Məmmədov gənclərlə görüşərək onlara müəssisənin regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biri olduğunu, bütün istehsal prosesləri Almaniya, Avstriya, İtaliya və Türkiyənin qabaqcıl şirkətlərinin ən müasir texnoloji avadanlıqlarının köməyi ilə həyata keçirildiyini vurğuladı. Daha sonra gənclər “ STP Polymer “ MMC-yə məxsus olan böyük həcmdə istehsal gücünə malik olan Antikorroziya örtükləri zavodu və Kabel zavodunda müxtəlif polimer məhsulların istehsalı, polimer boru istehsalı sexləri, termoplast sexi, PVC profil sexləri və müxtəlif təyinatlı istehsal xətləri ilə tanış oldular. Layihəmizin proqramına uyğun olaraq digər ekskursiyamız 9 sentyabr tarixində Neftçala Sənaye Məhəlləsinə təşkil olunmuşdur. Gənclərimiz Neftçala Sənaye Məhəlləsinin müxtəlif zavodlarında oldular və istehsalat prosesi ilə yaxından tanış oldular. Müəssisə əməkdaşları tərəfindən gənclərimizə proseslərin gedişi, istehsal və ixrac haqqında ətraflı məlumat verilib. Ekskursiya gənclərimizin sualları ilə davam etmişdir.